AZAL-ın təyyarəsi dayanacağa aparılıb
Pulkovo hava limanında uçuş-enmə zolağından kənara çıxan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə buksirlənərək dayanacağa aparılıb. "Bakuinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib. Hava limanı nümayəndələri aeroportun normal rejimdə işləməyə davam etdiyini vurğulayıblar. (Oxu.az)
Prezidentdən sərəncam: Bu şəxslər təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasında statistika sahəsində çalışan işçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. "Bakuinfo" bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Respublikasında statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə Məmmədov Vahab Feyruz oğlu "Tərəqqi" medalı ilə Bağırov Hüseyn Fərəməz oğlu
AZAL-ın təyyarəsi 3 saat dövrə vurub - Video
Xəbər verdiyimiz kimi, Sankt-Peterburqdan Bakıya gələn AZAL-a məxsus təyyarə texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş edib. "Bakuinfo" xəbər verir ki, "Flightradar24" uçuş izləmə xidməti təyyarənin təxminən 3 saat Sankt-Peterburqun hava məkanında dövrə vurduğunu bildirib. Qeyd edək ki, eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxsa da, göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. (Axar.az)
Pensiya alanlara şad xəbər - Sabah...
Oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək, prosesin yekunlaşdırılması nəzərdə tutulub. "Bakuinfo" xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Təcili eniş edən AZAL təyyarəsinin GÖRÜNTÜLƏRİ
Bu gün səhər saatlarında nasazlıq səbəbindən Sankt-Peterburqa təcili eniş edən AZAL təyyarəsinin görüntüləri yayılıb. "Bakuinfo" həmin görüntüləri təqdim edir:
Gələn ay ardıcıl 4 gün iş olmayacaq
2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. "Bakuinfo" xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir. Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq. (Metbuat.az)
AZAL təyyarəsi təcili eniş etdi
Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib. "Bakuinfo" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf
Bakıda ailənin evindən çıxarılması ilə bağlı DİN-dən AÇIQLAMA - Video
Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 7 ünvanında birotaqlı, yaşayış sahəsi 10.0 kv.m olan xidməti mənzilində yaşayan cavabdeh Ağabacı Mirzəağa qızı Şahbazova mənzilinə bitişik sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt edib. "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli
Gəncədə üç tibb müəssisəsi ləğv olundu
Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub. "Bakuinfo" xəbər verir ki, bu barədə nazir əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.
5 şirkəti olan arabaçı danışdı - Video
Özü arabaçı işləyir, amma adına 5 şirkət var, 54 min 441 manat da vergi borcu. Şəhid qardaşı olan Xəqani Qasımov bunu da Rusiyaya getmək istəyərkən öyrənib. Vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub, aldığı 950 manatlıq bilet də batıb. "Bakuinfo" Xəzər TV-yə istinadən xəbər verir ki, Xəqani Qasımov deyir ki, işə düzəltmək adı ilə ona bir neçə sənədə qol çəkdirib, şəxsiyyət vəsiqəsini də götürüblər. Onlardan xəbər çıxmadığını görən Xəqani Qasımov arabaçılıq etməyə