Hərbi xidmət haqqında qanunda dəyişiklik
Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində sərəncamda olacaqlar. "Bakuinfo" xəbər verir ki, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi
Fatma Hüseynova dünyasını dəyişib
Məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Hüseynova 86 yaşında vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Qeyd edilib ki, mərhum Sabirabad rayonu Qaratəpə kəndində dəfn olunacaq. Qeyd edək ki, o, 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi
Generalın işdən çıxarılma səbəbi GÖRÜN NƏ İMİŞ
"Səhhətimdə problemlər yaranıb". "Bakuinfo" xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib. O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib: "Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm", - deyə İ.Hüseynov bildirib. *** Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci
Leyla Əliyeva qızı ilə olan fotosunu paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Əminə ilə bağlı paylaşım edib. "Bakuinfo" xəbər verir ki, L.Əliyeva qızı ilə fotosunu sosial media hesabında yayımlayıb. Həmin fotonu təqdim edirik:
İlham Əliyev 3 fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. "Bakuinfo" fərmanın mətnini təqdim edir: 1. 2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində
Səfər Əbiyev generalın yas mərasimində
Vəzifədən azad olunduqdan sonra ictimaiyyət arasında görünməyən, mətbuatla əlaqə saxlamayan keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevdən yeni xəbər var. "Bakuinfo" xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, o, bir neçə gün əvvəl vəfat edən general-mayor Rasim Əliyevin yas mərasiminə qatılıb. Bakıdakı Heydər məscidində keçirilən mərasimdə S.Əbiyevin dövründə Müdafiə Nazirliyində yüksək vəzifə tutan zabitlər, o cümlədən müdafiə nazirinin sabiq müavini,
Bu şəxslərin kommunal xərclərinin müəyyən hissəsini dövlət ödəyəcək
"Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na dəyişiklik edib. Yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş
Bakı metrosunda qatarlar tuneldə qaldı - Sərnişinlərə görə
Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində gecikmələr qeydə alınıb. "Bakuinfo" xəbər verir ki, qatarlar dəfələrlə tunel və platformalarda dayanıb. Bu problemin səbəbi ilə bağlı sərnişinlərə heç bir məlumat verilməyib. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O qeyd edib ki, qatarların yubanması sərnişinlərin qapıları saxlaması nəticəsində baş verir. "İnterval
Şeyxin ABŞ görüşləri - Foto
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ səfəri çərçivəsində BMT Baş katibinin müavini Migel Anxel Moratinosla görüşüb. "Bakuinfo" xəbər verir ki, Migel Anxel Moratinos Azərbaycan xalqını Ermənistanla sülhün bərqərar olması münasibətilə təbrik edib. Bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı olaraq bundan sonra da Azərbaycanla sıx əlaqələri davam etdirmək niyyətindədirlər. Tərəflər, həmçinin gələn il Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman
Azərbaycanda iki dövlət qurumu birləşdirilir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun birləşdirilərək yenidən təşkil edilməsi nəzərdə tutulur. "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, bununla bağlı Agentlikdən müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Nəticədə, sözügedən qurumların bu ilin sonunadək birləşdirilməsi gözlənilir. Qeyd edək ki, qanunvericiliyə əsasən, Agentliyin tərkibinə