Paytaxtda avtobuslar yenilənir – Gediş haqqı isə...
Paytaxtın Sabunçu dəmiryol stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. "Bakuinfo" xəbər verir ki, AYNA-dan Axar.az-a verilən məlumata görə, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət
Nazirlik imtina etdi - Xalq artistinin abidəsi hazırlanmayacaq
Mədəniyyət Nazirliyi xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib. "Bakuinfo" xəbər verir ki, bu barədə APA-ya xalq artistinin qızı Aytən Həsənova məlumat verib. Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib. “Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat
Azərbaycanda hansı şəxslərə 1600 manat müavinət verilir?
Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir. "Bakuinfo" xəbər verir ki, bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib üç ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur. Müavinət yalnız penitensiar müəssisə tərəfindən
Baş həkimin işdən çıxarılma səbəbi BU İMİŞ - RƏSMİ
“Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsin direktorun müavini-baş həkim İlahə Şükürova vəzifəsindən azad olunub. "Bakuinfo" xəbər verir ki, bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib. İlahə Şükürova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 7 oktyabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib. Onunla bağlanmış 7 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki,
Azərbaycanlı şair dünyasını dəyişdi
Şair Əlisəmid Kür doğulduğu Salyan rayonunda dəfn olunacaq. "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-a şairin qızı Aynur Mehdiyeva məlumat verib. "Bir azdan Salyana yola düşəcəyik, atam orada dəfn olunacaq", - deyə A.Mehdiyeva bildirib.
2026-cı il nə ili olacaq?
Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu siyasi, iqtisadi, sosial, mədəni, idman və mənəvi prioritetlərin müəyyənləşdirilməsi ilə seçilir. "Bakuinfo" xəbər verir ki, hər il Prezident İlham Əliyevin sərəncamı ilə müəyyən bir sahəyə həsr olunur. Bu təşəbbüs həm dövlət siyasətinin əsas hədəflərini cəmiyyətə aydın göstərir, həm də insanların həmin sahəyə diqqətini artırır, eyni zamanda həmin istiqamətdə dövlət və vətəndaş təşəbbüslərini birləşdirmək məqsədi daşıyır. Qeyd edək ki, bu
Aeroportda qalmaqal: 30 saatdan çox gözlədilər
Bakıdan İstanbula uçmalı olan sərnişinlər 30 saatdan artıq gözləmə səbəbindən Heydər Əliyev Hava Limanında əsir vəziyyətində qalıblar. "Bakuinfo" Baku_Report səhifəsinə istinadən xəbər verir ki,gecikmə ilə bağlı rəsmi və aydın izahat verilmədiyini bildirən sərnişinlər, bu müddət ərzində nə yemək, nə də su ilə təmin olunduqlarını deyirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə uşaqlı ailələrin, yaşlı və xəstə insanların ciddi çətinliklərlə üzləşdiyi, bəzi sərnişinlərin isə hava
Hacı Şahinin qızının toy mərasimi keçirilib
Məşədi Dadaş məscidinin mərhum imamı hacı Şahin Həsənlinin qızı Fatimə Həsənlinin toy mərasimi keçirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Oxu.az-a hacı Şahin Həsənlinin köməkçisi olmuş Qədir Sadatxanov məlumat verib.
Prezident Sevil Əliyevanı təltif etdi
Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva "Şərəf" ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Aeroportdakı taksi problemi yenidən gündəmə gəlib
Heydər Əliyev Beynəlxalq Aeroportunda bir aydan çoxdur davam edən taksi problemi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə aeroport ərazisində kütləvi şəkildə taksi axtaran, dəqiqələrlə gözləyən müştərilərin videoları da yayılıb. "Bakuinfo" xəbər verir ki, İTV-yə danışan sürücülərin sözlərinə görə, hava limanının ərazisinə daxil olduqları an tətbiqlər üzərindən sifariş almaq imkanı itir. Sistemdə ya texniki xəta baş verir, ya da tətbiq, ümumiyyətlə, fəaliyyət göstərmir.