Elmar Allahverdiyevə yeni vəzifə verildi
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Elmar Allahverdiyev Agentliyin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib. Qeyd edək ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. Milli tərəvəz, kartof sortlarının, onların genbankının yaradılması,
Prezidentin qərarı Azərbaycana 10 milyard dollardan çox gəlir QAZANDIRDI
"Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı". "Bakuinfo" xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı deyib. "Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı". Xatırladaq
Vüqar Novruzov 3 nəfəri işdən çıxardı
Göygöl Rayon İcra Hakimiyyətinin daha üç əməkdaşı vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini müdir müavini İlqar Məmmədov və həmin şöbənin Baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar. Daha əvvəl isə RİH-in İctimai-siyasi və
Prezident anons etdi: İH-lər ləğv ediləcək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Cənab Prezident əlavə edib ki, bu operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. "Bakuinfo" xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib. “Prezidentin bu açıqlaması yerli idarəetmə
"Düşünürəm ki, quru sərhədlərin bağlı olmasının səbəbi anlaşılandır"
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür". "Bakuinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. "Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var. Ötən il üçün rəqəmləri hələ almamışam,
Nazir Misir Mərdanovun bacısı oğluna vəzifə verdi
Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb. Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi. "Unikal"ın əldə etdiyi məlumatına görə isə, baş idarə rəisi təyin edilən Anar Qocayev mərhum
Səfərbərlik Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı hesabatda qeyd olunub. Məlumata görə, xidmət tərəfindən əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli
Ruslan Eyyubovun yerinə Qibləliyev təyin edildi
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktor və qaununi təmsilçi müəyyənləşib. "Bakuinfo" xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Rəşad Daşdəmirovu bundan sonra Samir Vaqif oğlu Qibləliyev əvəz edəcək. Belə ki, Samir Qibləliyev “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktor və qaununi təmsilçi olub. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri isə Ruslan
Eldar Əzizov rəisi işdən çıxardı - YENİ TƏYİNAT
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Zahid Məmmədov işdən çıxarılıb. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb. Digər əmrlə, adıçəkilən qurumun rəisi vəzifəsinə Zaur Mirzəzadə təyinat alıb. Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını
Azərbaycana 8 min tabut gətirildi
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən səkkiz min ağac məmulatlarından hazırlanmış tabut gətirilib. "Bakuinfo" rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu qəbildən olan tabutların hamısı Çindən alınıb. 2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur. Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi