Daxili qoşunların hərbçiləri kimləri saxlaya biləcək?
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması qaydaları müəyyənləşdirilir. “Bakuinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının aşağıdakı şəxsləri saxlamaq hüququ olacaq: - inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş
“Sputnik Azərbaycan”ın rəhbəri azadlıqda
Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. “Bakuinfo” xəbər verir ki, bunu “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb. Bildirilib ki, bu barədə qərar Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü ərəfəsində qəbul olunub. Xatırladaq ki, o bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının
Onlardan cəmi 16 nəfəri həyatdadır, hər birinə 2500 manat verilir
Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarının sayı açıqlanıb. "Bakuinfo" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 16 nəfər Böyük Vətən müharibəsi iştirakçısına əmək pensiyası ödənilir. Qeyd olunub ki, hazırda ölkədə bu kateqoriyadan olan şəxslərə əmək pensiyası və birdəfəlik maddi yardımlar davam etdirilir. Toyuqlu pizza “Hər il Qələbənin
Qalmaqallı məktəb direktoru işdən azad edildi
Səs yazısı yayılan Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru işdən azad edilib. "Bakuinfo" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) “Qafqazinfo”ya verilən məlumata görə, bununla bağlı Agentliyin direktoru Eşqi Bağırov Əmr imzalayıb. Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan səs yazısında 201 nömrəli tam orta məktəbin direktoru
Xalq artisti ilə vida mərasiminin məkanı bəlli oldu
Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün saat 12:00-da Təzəpir məscidində keçiriləcək. "Bakuinfo" xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Xalq artisti ötən gün 89 yaşında vəfat edib.
Xalq artisti vəfat etdi
Xalq artisti Əminə Yusifqızı vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat verib. Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub. Azərbaycanca fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb. O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.
Avtobusu narkotik qəbul edərək sürən şəxs həbs edildi
Sumqayıt Şəhər Polis İdarəsinin DYP Şöbəsi tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədilə profilaktik tədbirlər davam etdirilir. “Bakuinfo” xəbər verir ki, növbəti tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb. Avtobusu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb. Müayinə zamanı
Bu rayonda dəbdəbəli yas mərasimləri ləğv olundu
Ağdamda dəbdəbəli yas məclislərinin ləğvinə dair qərar verilib. "Bakuinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, rayon ərazisində yas məclislərinin yüngülləşdirilməsi məqsədilə mərasimin cəmi üç gün olması və isti yeməklər verilməməsi barədə razılığa gəlinib.
Baş nazirdən bu vəzifəli şəxslərlə bağlı QƏRAR
Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli
İcra başçısının xanım müavini işdən çıxarıldı - Fotolar
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. "Bakuinfo" Qaynarinfo-ya istinadən xəbər verir ki, icra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub. Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu.