Baş nazirdən bu vəzifəli şəxslərlə bağlı QƏRAR
Nazirlər Kabineti "Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarları"nı təsdiq edib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli
İcra başçısının xanım müavini işdən çıxarıldı - Fotolar
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. "Bakuinfo" Qaynarinfo-ya istinadən xəbər verir ki, icra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub. Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu.
Sabah leysan yağacaq - Hava proqnozu
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. "Bakuinfo" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.
Tanınmış vəkilin fəaliyyəti Vəkillər Kollegiyası tərəfindən dayandırılıb
Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb. "Bakuinfo" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən gün bu barədə qərar qəbul edib. Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb. Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum
Elçin Quliyevin yarım milyonluq evi hərraca çıxarıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyevin müsadirə olunan mənzili hərraca çıxarılıb. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, sözügedən mənzil Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşir. Yeni tikilmiş binada yerləşən mənzilin sahəsi 200 kv metrdir. Mənzilin ilkin satış qiyməti 517 min manat olsa da, 362 min manata endirilib. Elçin Quliyevə bu
Generallar Azərbaycanda keçirilən kiberfestivalda - Fotolar
Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir. "Bakuinfo" xəbər verir ki, iki gün ərzində baş tutacaq tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir. Kiberfestivalda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və digər rəsmi şəxslər iştirak edir. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
DİN Xankəndidə əməliyyat keçirdi - Saxlanılanlar var - Fotolar
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd
Müdafiə Nazirliyidə vətəndaşların qəbuluna başlanılır - 40 yaşadək kişilər...
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu noyabrın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik) həyata keçiriləcək. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı
Cahangir Əsgərovun həyat yoldaşının adı əbədiləşdirilib
Bu ilin yanvarında vəfat edən AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı əbədiləşdirilib. "Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, “Gazelli Group”un parfüm və kosmetika fabrikinə Zərifə Həmzəyevanın adı verilib. Qeyd edək ki, sözügedən fabrik Bakının Şüvəlan qəsəbəsində yerləşir. Zərifə Həmzəyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti idi. O, həmçinin “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə
Ordumuzun əsgəri dünyasını dəyişdi - FOTOLAR
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. “Bakuinfo” Unikal-a istinadən xəbər verir ki, əsgər Əli Ramin oğlu İbrahimlinin oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib. Müdafiə Nazirliyi faktı təsdiqləyib. Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə dəfn olunub. Faktla bağlı araşdırma aparılır.