Ölkə

Türkmənistan lideri Azərbaycanda məscid tikdirəcək

Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondu Azərbaycanın Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisini maliyyələşdirəcək. "Bakuinfo"xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb. Qərar Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun tapşırığına əsasən qəbul edilib və fondun humanitar fəaliyyətinin genişləndirilməsini və Türkmənistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsini əks etdirir. (Teleqraf)

12:42, 02 oktyabr Ölkə

General-mayor deputatın həyat yoldaşını özünə müşavir təyin etdi - FOTO

Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasovun müşaviri vəzifəsinə təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə "Unikal"a Dövlət Agentliyindən bildirilib. Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır.

12:39, 02 oktyabr Ölkə

Azərbaycana kəskin istilər gəlir

3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumat beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozunda yer alıb. Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək. Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub. (Axar.az)

11:05, 02 oktyabr Ölkə

BDU-nun müəllimi vəfat etdi - FOTO

Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı, Bakı Dövlət Universitetinin müəllimi Arzu Məmmədov vəfat edib. “Bakuinfo" xəbər verir ki, 55 yaşlı A.Məmmədovun hansı səbəbdən vəfat etməsi bildirilməyib. Qeyd edək ki, o həm də Qərbi Azərbaycan İcmasının Basarkeçər rayon Aşağı Şorca kənd icmasınin sədri idi. (Qafqazinfo)

11:01, 02 oktyabr Ölkə

Elnur Nəsibov vəzifəsindən azad edilidi

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə E. Nəsibov sosial şəbəkə hesabında məlumat yayıb. “5 illik fəaliyyətimdən sonra təhsil sistemindən ayrılıram. Başda hörmətli Emin müəllim Əmrullayev olmaqla bütün həmkarlarıma, təhsil işçilərinə təşəkkür edirəm və gələcək işlərində uğurlar arzulayıram!”, - deyə o qeyd edib. Xatırladaq ki, bu gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin

10:10, 02 oktyabr Ölkə

Bakıda iyrənc cinayət: 67 yaşlı kişi 12 yaşlı oğlana təcavüz edib

Bakıda 67 yaşlı kişi 12 yaşlı oğlana təcavüz edib. "Bakuinfo" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ü.Abdullayev küçəsində yerləşən ərzaq mağazasında baş verib. Mağaza sahibi, 1958-ci il təvəllüdlü Mürvət İbrahimov (ad və soyad şərtidir) qonşuluqda yaşayan, 2013-cü il təvəllüdlü oğlana qarşı seksual zorakılıq edib. Məlumata görə, 2013-cü il təvəllüdlü oğlan hər gün səhər saatlarında oxuduğu orta məktəbə gedərkən, məktəbin yaxınlığında yerləşən mağazaya

09:00, 02 oktyabr Ölkə

Ləmbəranski bu qurumda müşavir oldu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasova müşavir təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifəyə Sabunçunun sabiq prokuroru İbrahim Ləmbəranski gətirilib. Qeyd edək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

16:03, 01 oktyabr Ölkə

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında - Fotolar

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər. "Bakuinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi. Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir.

15:24, 01 oktyabr Ölkə

Azərbaycanda daha bir nazirlik və komitə birləşdiriləcək

Azərbaycanda struktur islahatları çərçivəsində daha bir neçə nazirlik və komitə birləşdiriləcək. "Bakuinfo" Bakupost.az-a istinadla xəbər verir ki, bu sırada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də adı var. Belə ki, iki qurumun birləşdirilərək Şəhərsalma, Ekologiya və Təbi Sərvətlər Nazirliyi yaradılacağı bildirilir. Yaxın vaxtlarda bununla bağlı dövlət başçısı tərəfindən fərman imzalanacağı gözlənilir. Qeyd olunur ki, struktur

14:14, 01 oktyabr Ölkə

Həzi Aslanov təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqaüdə göndərilib. "Bakuinfo" xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib. Toyuqlu pizza Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub. Xatırladaq ki, Həzi

12:11, 01 oktyabr Ölkə

Powered by MirTech