İlham Əliyev yeni universitetin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella bu gün Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər. “Bakuinfo” xəbər verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri
Sabiq sədr özünə qarşı olan 12 milyonluq yeyinti ittihamını qəbul etməyib
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev 12 milyonluq yeyinti ittihamından danışıb. "Bakuinfo" xəbər verir ki, İ.Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinə “Kürdəxanı həbsxanası”nda yazdığı hazır çıxışla gəlib. Hakim Leyla Əsgərova Məmmədova ona sərbəst ifadə vermək üçün limitsiz vaxt ayırıb. Keçmiş bulvar rəhbəri özünə qarşı ittihamların heç birini qəbul etməyib. O, sərbəst ifadəsində məhkəmə heyətinə müxtəlif epizodlarla bağlı izahat verib: Hesablama Palatasından
Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları ilə bağlı baş prokuror danışdı
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-23-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır. "Bakuinfo" Report-a istinadən xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb: "Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə
Qaz ödənişində limit ləğv olunur?
Azərbaycanda qaz istifadəsinə görə sabit tarif tətbiq ediləcək. Bu məsələ Milli Məclisdə qəbul olunan “Qaz təchizatı haqqında” qanunda bu məsələ öz əksini tapıb. "Bakuinfo" xəbər verir ki, qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilib-edilməməsindən asılı olmayaraq, hər ay həyata keçirilməlidir. Qaydanın 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur. Maraqlıdır, sabit
Əməkdar mədəniyyət işçisi komada
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti kəskin ağırlaşıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib. O bildirib ki, atası gecə saatlarında komaya düşüb və Bakıda klinikaların birində süni nəfəs aparatına qoşulub. Qeyd edib ki, 67 yaşlı V.Vəliyevin komadan ayılması üçün müalicə tədbirləri davam etdirilir.
Gəlin toy günü salona sevgilisi ilə gəldi
Sosial şəbəkədə yayılan video diqqət çəkib. Milli.Az xəbər verir ki, tanınmış "make-up" ustalarından biri verdiyi açıqlama ilə əlləri üzlərdə qoyub. Belə ki, stilist toy günü gözəllik salonuna sevgilisi ilə birlikdə gələn gəlindən danışıb: "Toy günü yanıma sevgilisi ilə gələn gəlinlər görmüşəm. İki dəfə baş verib. Ilk dəfə 4 il öncə rastlaşdım. Çox böyük depressiyaya düşdüm, uzun müddət özümə gələ bilməmişdim. Mənə deməmişdi, utanmışdı. Köməkçilərimə demişdi ki, bəzənməyə
Bəzi avtobuslarda gedişhaqqı 90 qəpik oldu - SİYAHI
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda 1 oktyabr tarixindən tətbiq olunacaq tarif dəyişiklikləri ilə bağlı açıqlama yayıb. "Bakuinfo" xəbər verir ki, açıqlamada qeyd olunur ki, dəyişiklik ilkin mərhələdə ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxtın isə marşrut şəbəkəsinin təxminən 30%-ni (180 marşrutdan 60-nı) əhatə edəcək. Digər marşrutlar yeniləndikcə yeni tarifə keçid edə biləcək və bu haqda ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Tarif
Orta məktəb şagirdini soyundurub videoya çəkiblər?
Sosial şəbəkələrdə 281 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb. “Bakuinfo” xəbər verir ki, həmin məktəbin şagirdləri məsələ ilə bağlı Baku TV-yə danışıblar. “Deyilənə görə, o özü soyunub. Deyəsən, videonu sinfin adını batırmaq üçün çəkiblər. İndi də həmin sinif dağılır, uşaqlar sinifdən çıxır. Uşaqda çatışmazlıq var, gələn-gedənə sataşır. İndi də həmin uşaq dərsə gəlmir”, - şagirdlər söyləyib. Valideynlər isə bu hadisədən
Fazil Mustafadan qiymət artımına REAKSİYA
“Bakıda ictimai nəqliyyatın necə işləməsi əhalinin vəziyyətinin yaxşılaşması və pisləşməsinin əsas parametri sayılmaqdadır. Bu günlərdə metroda qiymətin qalxması iqtisadi cəhətdən əsaslandırıla bilər. Başqa yerlərdə imtiyazlı şəxslərin bundan hansı formada yararlanacağı mütləq qeyd olunur. Bizdə isə tələbələrin, şəhid övladlarının, autizmli, daun sindromlu uşaqların hansısa formada daşınacağı, imtiyazlı tələbələrin müəyyən kartlarla təmin olunması məsələsi hələ də problem olaraq qalır”.
Metroda gedişhaqqının artırılması parlamentdə müzakirə olunub
Milli Məclisdə metroda gedişhaqqının artırılması məsələsi müzakirə olunub. “Bakuinfo” xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb. “Ölkədə ən böyük problemlərdən biri ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi məsələsidir. Sevindiricidir ki, Gəncədə modern avtobusların təminatını gördük. Eyni qaydada Bakıda da ictimai nəqliyyatın necə işləməsi, əhalinin vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin əsas parametrləri