İlham Əliyev daha bir fərman imzaladı
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 234-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. "Bakuinfo" xəbər verir ki, fərmanın mətni ilə bu linkə keçid edərək tanış ola bilərsiniz.
SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq
Azərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərmanda öz əksini tapıb. Fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il
İlham Əliyev FƏRMAN İMZALADI
Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. "Bakuinfo" xəbər verir ki, fərmana əsasən, Azərbaycanda qaz təchizatı obyektlərinin texniki istismar qaydaları hazırlanacaq. Fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində ölkə qanunlarının və Prezident aktlarının “Qaz təchizatı haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim
Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib. "Bakuinfo"xəbər verir ki, yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən
Gəncəyə yeni hərbi prokuror təyin edildi
Gəncəyə yeni hərbi prokuror təyin edilib. "Bakuinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Hərbi prokuror Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu Gəncə hərbi prokuroru vəzifəsinə təyinat alıb.
Generalın oğluna vəzifə verildi
Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət mayoru Ramil Eminov bu vəzifəyə gətirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ramil Eminovun atası da yüksək vəzifə tutub. Belə ki, R.Eminov Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Məmməd Eminovun oğludur. General Eminov ötən ilin yayında ordudan
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edildi - SİYAHI
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə DSX-nin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Azərbaycan Bayrağı” ordeni ilə Sadıqov Rəşad Heydər oğlu –
İlham Əliyevdən Afaq Bəşirqızı ilə bağlı - Sərəncam
Xalq artisti Afaq Bəşir qızı Səfərova (Bəşirqızı) “Şərəf” ordeni ilə təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, avqustun 15-də Xalq artistinin 70 yaşı tamam olur.
Azərbaycanda 19 nəfər həbsdən qaçıb
2024-cü ildə 19 məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən qaçıb. Bakuinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu say əvvəlki illə müqayisədə 10 nəfər azdır.
Prezidentdən Muxtar Babayev ilə bağlı SƏRƏNCAM
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib. Qeyd edək ki, Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.