Nazir ona yüksək vəzifə verdi
Maliyyə Nazirliyinin Abşeron-Xızı Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi dəyişib. “Bakuinfo" xəbər verir ki, idarəyə rəhbərlik edən Məmmədov Bəhruz Məmməd oğlunu Orxan Məmişzadə əvəz edib. Orxan Məmişzadə bundan əvvəl Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi olub. Qeyd edək ki, Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi vəzifəsinə isə Mülkədarov Nurlan Qələndar oğlu gətirilib. Hər iki təyinatla bağlı
Emin Əmrullayevə yeni müşavir təyin olundu
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli nazirin müşaviri vəzifəsinə təyin edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nizami Yusifli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə alıb, magistratura təhsilini isə maliyyə bazarları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə “EY Azerbaijan” (Ernst & Young) şirkətində başlayan Nizami Yusifli 2020-ci ildən etibarən Azərbaycan
Prezidentdən Dövlət Neft Fondu ilə bağlı FƏRMAN
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
MEDİA bu saytlara və qəzetlərə pul ayırdı - FOTO
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb. Bu barədə "Bakuinfo"ya MEDİA-dan məlumat verilib.
İlham Əliyev QHT-lərlə bağlı fərman imzaladı
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi yaradılıb.
Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq
Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. “Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat +
Prezident DSMF-nin 2026-cı il büdcəsini təsdiqlədi
Prezident İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanunu təsdiqləyib. "Bakuinfo" xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (bu illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır. Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna
Bu icra başçısı VƏZİFƏDƏN GEDİR - Mehdiyevin kadrı imiş...
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tutduğu vəzifədən azad olunacaq. "Bakuinfo" xəbər verir ki, icra başçısının bu postdan getməsinin zərurililiyi ilə bağlı Prezident Administrasiyasının rəhbərliyində ümumi rəy formalaşıb. Buna əsas səbəb isə Qəzənfər Ağayevin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin köhnə və sadiq kadrlarından biri olmasıdır. Onu da qeyd edək ki, Qəzənfər Ağayev ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun qudasıdır. Hər
Prezidentdən mobil telefonlarla bağlı YENİ QANUN
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə əksini tapıb. Vergi Məcəlləsinə dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi
Misir Mərdanov vəzifəsini itirdi
Sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb. “Bakuinfo" xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Məlumata görə, yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika