Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN
Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək. "Bakuinfo" xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir
İlham Əliyev sərəncam imzaladı
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Sərəncamda qeyd edilib ki, 2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb
Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - Yeni təyinat
Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. “Bakuinfo” “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib. Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub. Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. Prezident
Əhaliyə XƏBƏRDARLIQ - 18:00-da pik həddə çatacaq
Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq. Bu barədə "Bakuinfo"ya BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Aprelin 14-dən başlayan meteor yağışı iyunun 24-dək davam edəcək və gündüz Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün
Prezidentdən 7 min nəfəri sevindirəcək SƏRƏNCAM
Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Azərbaycanda 64 məktəb bağlandı
Azərbaycanda 2024-2025-ci tədris ilinin əvvəlində 4324 məktəb olub. “Bakuinfo”nun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, məktəblərin sayı ötən illə müqayisədə azalıb. Belə ki, 2023-2024-cü tədris ilinin əvvəlində 4388 məktəb fəaliyyət götərib. Yəni, 1 il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb. Rayonlar üzrə məktəb sayına gəldikdə, rəsmi statistik məlumatlara görə, Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən
Nazir ona yüksək VƏZİFƏ VERDİ - FOTO
Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat olub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sultan Mirzəliyev Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib.
Nağd ödəniş QADAĞAN EDİLDİ
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. ”Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara dəyişiklikdə əksini tapıb. Beləliklə, “İcra məmurları haqqında” qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul
Abbas Əliyevə Yüksək vəzifə verildi
Abbas Əliyev Həmkarlar İttifaqları Konfedederasiyasının Aparat rəhbərinin müavini təyin olunub. "Bakuinfo" ajans.az-a istinadən xəbər verir ki, o İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində müşavir vəzifəsində çalışırdı. Abbas Əliyev Fərhad Əliyevin nazir olduğu dönəmdə İqtisadi İnkişaf Nazirliyində ictimaiyyətlə əlaqələrdən məsul idi.
Sahib Məmmədov köməkçisini işdən çıxardı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov köməkçisi Ramina Süleymanovanı vəzifəsindən azad edib. "Bakuinfo" pravda.az-a istinadən xəbər verir ki, S.Məmmədov bu barədə müvafiq əmr imzalayıb. Bu vəzifəyə hələlik təyinat olmayıb.