Nağd ödəniş qadağan olunur
İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, “İcra məmurları haqqında” qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun
Prezident onu AZCON-un icraçı direktoru təyin etdi
Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, 37 yaşlı Ş.Babayev daha əvvəl Azərkosmosda və RİİN-də müxtəlif vəzifələrdə çalışıb. Bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.
Naxçıvanda yüksək vəzifəyə təyinat - SƏRƏNCAM
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, qurumun müavini Ruslan Aslan oğlu Kəngərliyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Əhaliyə xəbərdarlıq: martın 3-ü gündüzdən 4-dək...
Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xidmətdən "Bakuinfo"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, Culfa və Ordubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa
Yeni sədr daha bir rəisi işdən çıxardı
Bakı Metropoliteni QSC-də daha bir idarə rəisi işdən çıxarılıb. "Bakuinfo" Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə qurumun sədri Vüsal Aslanov əmr imzalayıb. Əmrə əsasən, qurumun Təchizat İdarəsinin rəisi İlqar Qasımov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Qeyd edək ki, İlqar Qasımov 5 ildən çoxdur ki, sözügedən vəzifədə çalışırdı.
Sabiq sədr müavininin vəzifəli qızı da İŞDƏN ÇIXARILDI
“Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb. “Bakuinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb. Xatırladaq ki, 6 il əvvəl L. Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”, - deyə o, qalmaqallı şərhində bildirmişdi. Daha sonra isə
İran parlamenti Azərbaycan dili ilə bağlı qərar verdi
İran parlamentinin Təhsil Komissiyasının ölkədə məktəblərdə qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsi bu gün parlamentin açıq iclasında səsə qoyulub. “Bakuinfo” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili tərəfsiz olub, 7 nəfər isə səsvermədə iştirak etməyib. Bununla da İran məktəblərində qeyri-fars dillərin
Asəf İsgəndərli Rəis TƏYİN OLUNDU
Asəf İsgəndərli “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə rəis təyin edilib. Bu barədə “Bakuinfo”ya “Bakı Metropoliteni”ndən məlumat verilib. Asəf İsgəndərli 1990-cı ildə anadan olub. 2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə
Bakıda yeni mikrorayon salınacaq – Bu ərazidə
Bakıda yeni mikrorayon salınacaq. “Bakuinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, yeni mikrorayonun 2040-ci ilə qədərki dövrü əhatə edən “Bakı şəhərinin baş planı”na əsasən salınması nəzərdə tutulur. Ekspertin sözlərinə görə, yeni mikrorayonun salınması üçün bu ərazinin seçilməsi də səbəbsiz deyil. Qeyd edək ki, bu, Binəqədi rayonu ərazisində salınacaq 5-ci mikrorayon olacaq. Belə ki, rayonun inzibati ərazisində 4 mikrorayon 6, 7, 8 və 9-cu mikrorayonlar mövcuddur. Digər mikrorayonlar isə
Bu 7 şəhərdə 200 lift quraşdırılacaq - Siyahı
Prezident İlham Əliyev Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. “Bakuinfo” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə