Ölkə

Bakının yerinə 2 şəhərdən biri paytaxt ola bilər - “Araz sahilində yerləşən...”

"Ağdamda və Xankəndidə Azərbaycanın yeni paytaxtı salına bilər". Bunu "Yeni Sabah"a Mətbuat Şurasının rəhbəri Rəşad Məcid bildirib. O, paytaxtın dəyişdirilməsi müzakirələrinə bu cür rəy bildirib: "Cənab Prezident Ağdama, Xocalıya, Xankəndiyə son səfərində 1 nömrəli Ağdam məktəbində də oldu. Bu səfər mənim üçün də çox təsirli idi. Ona görə ki, mən də həmin 1 nömrəli məktəbdə oxumuşam. Hazırda o məktəbin tikintisi gedir. Ağdamdakı yeni quruculuq işləri ilə də tanışam.

23:50, 24 fevral Ölkə

Nazir onları rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Füzuli Əhmədov Qaradağ Rayon Polis İdarəsinə, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev isə Şirvan Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. /Teleqraf

20:21, 24 fevral Ölkə

Bakının bu qəsəbəsində həyat dayanıb – FOTO

Paytaxt Bakıda və Abşeron yarımadasında qarlı-şaxtalı hava şəraiti davam edir. Globalinfo.az xəbər verir ki, güclü qar yağması səbəbindən paytaxtın bəzi qəsəbələrində avtobusların hərəkətində problemlər yaranıb. Əsasən Hökməli qəsəbəsi istiqamətində hərəkət edən 155, 156 nömrəli avtobusların intervalında ləngimələr müşahidə olunur. Qeyd edilir ki, yolların qarlı və sürüşkən olması səbəbindən avtobuslar ünvana vaxtında çata bilmir.

22:42, 23 fevral Ölkə

Daha iki şirkət Azərbaycan bazarını tərk etdi

"AZƏRİVİC" MMC və "HAZAL" MMC ləğv olunduqlarını elan edirlər. "Bakuinfo" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1037 Bakı şəhəri, Sabunçu rayonu, Ramana ŞTQ, ev 23, Ramana sovx, M.Sübhi̇ ünvanına bildirə bilərlər. Qeyd edək ki, hər iki MMC 2022-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb. Və qanuni təmsilçisi Əhmədova Günel Balaşiraz qızıdır. /teleqraf.az

11:38, 23 fevral Ölkə

Polis generalı vəfat etdi - FOTO

Azərbaycanın General İcra Başçısı olmuş Ərziman Əliyev vəfat edib. Bu barədə Sfera.az-a Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib. Qeyd edək ki, o, 2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib. 2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev

16:28, 22 fevral Ölkə

“Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır” - TƏKLİF

"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır". Musavat.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. "Ümumiyyətlə, regionların idarə edilməsində tam yeni idarəçilik üsullarına və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var, amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə

14:41, 22 fevral Ölkə

Ramin İsmayılov vəzifəsindən azad edildi - Sərəncam

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsindən azad edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 21-də Sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin İsmayılov vəzifəsindən azad olunub.

12:53, 22 fevral Ölkə

Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Sərəncam

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, bununla bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

12:42, 22 fevral Ölkə

ATƏT PA-nın Qış Sessiyasında Orta Dəhliz, iqlim böhranı və süni intellekt müzakirə olunub - deputat

ATƏT PA-nın fevralın 20-də Vyanada işinə başlayan Qış Sessiyasında İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin iclası keçirilib. Iclas ATƏT PA-nın sosial media qurumları vasitəsilə canlı yayınlanıb. İclası giriş sözü ilə açan Komitənin Sədri Azay Quliyev ölkəmizin maraqları baxımından bir neçə vacib məsələlər, o cümlədən Orta Dəhlizin strateji əhəmiyyəti, İqlim böhranı və COP29-un uğrlu nəticələri, Süni intellektin rolu və gələcək çağırışlar haqqında danışıb: “Biz

16:36, 21 fevral Ölkə

Əli Əsədovdan pensiyalarla bağlı vacib QƏRAR

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında dəyişiklik edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə xüsusi rütbəli şəxslərin ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən

15:54, 21 fevral Ölkə

Powered by MirTech