“Bakı Metropoliteni”ndə yeni təyinat - Oksfordun tələbəsidir
“Bakı Metropoliteni” QSC-nin Strateji inkişaf departamentinə yeni rəis təyin edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nərgiz Rövşən qızı Mustafayeva təyin olunub. Qeyd edək ki, N.Mustafayeva bp şirkətində bir çox vəzifələrdə çalışıb. Bakı Dövlət Universitetinin Fiziki və iqtisadi coğrafiya fakültəsindən məzun olan N.Mustafayeva hazırda Oksford Universitetində təhsilini davam etdirir.
Yağışlı havalarda Bakıdakı qəzaların GÖRÜNTÜLƏRİ
"Yağıntılı havalarda nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək, lazımi ara məsafəsi saxlamamaq, yolun sürüşkən olması və əyləc sistemindən düzgün istifadə etməmək qəzalara səbəb olur. Paytaxtda müxtəlif vaxtlarda müşahidə kameralarına düşən bu hadisələr bəzi sürücülərin belə havalarda qeyd edilən nüanslara diqqət yetirmədiklərini göstərir". "Bakuinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb:
Ermənistan sərhəddə döyüş mövqeyi qurdu - FOTO
Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri yeni Hava Hücumundan Müdafiə və Radio-Elektron döyüş mövqeyi qurub. "Bakuinfo" axar.az-a istinadən xəbər verir ki, bu barədə GSSR44 Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, yeni qurulan mövqe şərti sərhədin yaxınlığında yerləşir.
İTV-nin canlı yayımına haker hücumu oldu
“İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub. Bu anlarda İTV-nin rəsmi saytına daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib”. “Bakuinfo” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, dövlətin rəsmi informasiya resurslarından biri olan kanalın hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunun nümunəsidir: “Güman
Hərbi hissələrdə əsgər görüşləri dayandırıldı
“Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv
Azərbaycanda iş qrafiki dəyişdiriləcək? - MÜHÜM AÇIQLAMA
Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək. Bu məsələdə iş saatları ilə bərabər, istirahət günlərinin dəyişdirilməsi də real hesab edilir. Bakıda bəzi sahələr üzrə iş qrafikinin dəyişdirilməsi gündəmdədir. Belə ki, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin
Yusifov qəzada həlak olanların ailələrinə ev hədiyyə etdi
Azərbaycandan olan biznesmen Aktau təyyarə qəzasında həlak olanların ailələrinə mənzillər hədiyyə edib. “Bakuinfo” xəbər verir ki, məlumatı Qazaxıstan mediası yayıb. Bildirilib ki, 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş AZAL təyyarə qəzası qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Anım mərasimi zamanı azərbaycanlı biznesmen Amil Yusifov qəza nəticəsində həlak olmuş qazaxıstanlıların ailələrinə Almatı şəhərində yerləşən yeni yaşayış kompleksində beş ikiotaqlı
Ötən il 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb
Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub. “Bakuinfo” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub. Bildirilib ki, bu şikayətlərdən 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb: "İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %) isə
Sahil Babayevdən ilk xəbərdarlıq: Bu şəxslər işdən çıxarılacaq
Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub. Modern.az saytının əldə etdiyi məlumata görə, yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib. Sahil Babayev hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı
Bu dövlət qurumları birləşdirilir?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilə bilər. “Bakuinfo” pravda.az - a istinadən xəbər verir ki, bir müddətdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyində ciddi islahatlar aparılacağı barədə fikirlər Prezident İlham Əliyevin Sərəncamı ilə nazir Muxtar Babayevin vəzifəsindən azad edilməsindən sonra daha da aktuallaşıb. Nazirliyin optimallaşdırılacağı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də qurumun nəzdinə veriləcəyi bildirilir.