Bu şəxsə yüksək vəzifə verildi
Elm və Təhsil Nazirliyində yeni təyinat olub. Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, nazir Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb. Vurğulanıb ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan
Yeni nazir bu məşhur alimin oğludur
Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur. "Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir. Anar Əliyevin anası İradə Əliyeva
Sahil Babayevin yerinə təyin olunan Anar Əliyev kimdir?
Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. “Bakuinfo”nun məlumatına görə, 45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin Nazirlikdə nazir müavini vəzifəsini tutub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirən yeni nazir 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin
Prezident Anar Əliyevi nazir təyin etdi
Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. “Bakuinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.
Kremldən Bakıdakı “Rus Evi”nin bağlanmasına dair açıqlama
“Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”. “Bakuinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik”.
100-dən artıq şəxsin diplomu tanınmadı
Yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə "Bakuinfo"ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 78, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, təhsil forması səbəbilə
Yaşı 31-i ötən əsgərlərlə bağlı VACİB XƏBƏR
Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb. Bu barədə “Teleqraf” məlumat yayıb. Bildirilib ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir. “Qafqazinfo” isə prosedurla əlaqədar daha bir məlumat əldə edib. Məlum olub ki, tərxisolunma səlahiyyəti hər qoşun növünün özünə aiddir. Yəni qoşun növləri öz daxili əsasnamələrinə əsasən, hərbi qulluqçunu xidmətini başa vurmadan tərxis edə bilərlər.
Polis Akademiyasına Qəbul Şərtləri Açıqlanıb – 2025
Daxili İşlər Nazirliyinin Polis Akademiyası 2025-ci il üçün qəbul prosesinə start verib. Akademiyada təhsil almaq istəyən abituriyentlər üçün qəbul şərtləri və müraciət qaydaları açıqlanıb. Qəbul Şərtləri: •Azərbaycan Respublikasının vətəndaşı olmaq •Yaş həddi: 17-25 arası •Tam orta təhsil (11 illik) diplomu •Fiziki hazırlıq və sağlamlıq göstəricilərinə uyğunluq •Daxili İşlər Nazirliyinin təyin etdiyi test imtahanlarında uğur qazanmaq Müraciət Prosesi: Qəbul üçün müraciətlər elektron qaydada
Azərbaycanda bu iki nazir postu boşdur
Hazırda Azərbaycanda iki nazir postu boşdur. “Bakuinfo” xəbər verir ki, bunlardan biri maliyyə, digəri isə ekologiya və təbii sərvətlər naziri vəzifəsidir. Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı Sərəncamla maliyyə naziri Samir Şərifov vəzifədən azad olunub. O, 2006-cı ildən adıçəkilən vəzifədə çalışırdı. Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Baş nazirin müavini təyin olunub. Prezident İlham Əliyev fevralın 5-də imzaladığı Sərəncamla ekologiya və təbii sərvətlər naziri
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə VERİLDİ
Vüsal Qurbanov Mərkəzi Bankın baş direktoru təyin edilib. ”Bakuinfo”nun məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov əmr imzalayıb. O, 1980-ci ildə Zaqatala şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-ci ildə Azərbaycan Kooperasiya Universitetini “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib. 1998-ci ildən etibarən müxtəlif sığorta şirkətlərində sığorta üzrə mütəxəssis, baş