Bu şəxsləri də vəzifəyə Prezident təyin edəcək
Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək. Bununla bağlı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunun tətbiqi barədə Fərmanında qeyd edilib. Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir. Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
Bir sıra hakimlərin vəzifələri dəyişdirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə: Səməd Fəxrəddin oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin; ağır cinayətlər məhkəmələri üzrə: Murad Şamxal oğlu Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin; Firdovsi Zülfü oğlu Əliyev
Milli Məclis bu qərarda dəyişiklik edir:Tarix dəyişir...
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağanın tətbiqi müddəti dəyişir. "Bakuinfo"nun xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil
Nazir ona yüksək vəzifə verdi
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb. Qeyd edək ki, Azər Mehralıyev uzun illərdir Ədliyyə Nazirliyində çalışır. (Oxu24.com)
Parlament ad günü ilə əlaqədar İlham Əliyevə məktub ünvanladı
Milli Məclis doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Bakuinfo" əbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin. Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar. Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar
Nazirlər Kabinetindən İcra Hakimiyyətləri ilə bağlı QƏRAR
“Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Şəhər İcra Hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Rayon İcra Hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Maliyyə Nazirliyi Bakı metrosuna faizsiz kredit verdi
Bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb. "Bakuinfo" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, metro həmçinin hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat kapital vəsaiti alıb. Bu il hökumət aşağı sərnişindaşıma tarifləri
Azərbaycanlı müğənni azadlığa buraxıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsinsə həyata keçirilib. "Bakuinfo" xəbər verir ki, Amnistiya aktı müğənni Dəniz Əsədovaya şamil edilib və o, azadlığa buraxılıb. O, cəzasının çəkilməyən hissəsindən (22 gün) azad edilib.
Karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.