Ölkə

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.

19:50, 19 dekabr Ölkə

Əli Əsədov polislərlə bağlı qərar imzaladı

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib. “Bakuinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qaydaya əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq. Köçürmələrin və

18:19, 19 dekabr Ölkə

Azərbaycanda bəzi cərimələr kəskin artır

Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə bəzi cərimələr artırılacaq. “Bakuinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı

13:31, 19 dekabr Ölkə

Bu yolların təmirinə 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan

13:10, 19 dekabr Ölkə

Şahin Bağırov onu işdən çıxardı - FOTO

Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərilib. "Bakuinfo" “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi, Gömrük xidməti polkovniki Pərviz Paşa oğlu Qədirov yaş həddi ilə bağlı təqaüdə gedib. Onun yerinə hələlik təyinat olmayıb.

13:05, 19 dekabr Ölkə

Vilayət Eyvazov yeni vəzifəyə seçildi

Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib. "Bakuinfo" xəbər verir ki, Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib. Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə

20:33, 18 dekabr Ölkə

General Eyyubovu o əvəz edəcək – FOTO

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubovun boş qalmış postuna yeni təyinat olacaq. "Bakuinfo" Gununsesi.info-ya istinadən bu vəzifəyə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Qədirov təyin olunacaq. Qeyd edək ki, bir neçə gün əvvəl prokurorluq orqanları Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə vəzifəli şəxsini həbs edib.

19:51, 18 dekabr Ölkə

İlham Əliyevdən DSX ilə bağlı MÜHÜM FƏRMAN

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə dəyişiklik edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə “Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” sözləri yazılmış yeni bənd əlavə edilir.

18:35, 18 dekabr Ölkə

Qazla bağlı qərar verildi

Nazirlər Kabineti "Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya", "Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya" və "Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya" blanklarının formalarını təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Yeni formalar hökumətin "Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin

19:28, 17 dekabr Ölkə

Bu dövlət qurumları birləşdirildi - Fərman

Naxçıvanda bir sıra qurumlar birləşib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin

18:41, 17 dekabr Ölkə

Powered by MirTech