Ölkə

Bəylər Eyyubovun qohumu İŞDƏN ÇIXARILDI

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib. Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. (Unikal.az)

21:20, 16 dekabr Ölkə

Kəmaləddin Heydərov 20 illin hesabatını verdi

"Ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) müasir texnika ilə təmin olundu. Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olundu. Ötən illər ərzində 1134 yeni texnika alınıb. Qısa müddətə 9 regional mərkəz istifadəyə verildi. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi ilə 2008-ci ildə FHN-in akademiyası yaradılıb". "Bakuinfo" xəbər verir ki, bunu fövqəladə

14:55, 16 dekabr Ölkə

Bu şəxslər amnistiyaya düşəcəklər

Amnistiya tətbiq edilən şəxslərin əhatə dairəsi müəyyənləşib. "Bakuinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin Qərar layihəsində öz əksini tapıb. Qərar layihəsinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad

14:05, 16 dekabr Ölkə

Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. “Bakuinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib. Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

22:40, 15 dekabr Ölkə

Taleh Qaraşovun oğlu general oldu

Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib. "Bakuinfo" xəbər verir ki, rütbə verilən şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur. Ona “general-mayor” ali hərbi rütbəsi verilib. Qeyd edək ki, S.Qaraşov FHN-in Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

16:05, 15 dekabr Ölkə

Küləklə bağlı - Xəbərdarlıq

Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakuinfo.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul və Qobustan rayonlarında şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 13,9–20,7 m/san təşkil edəcəyi gözlənilir.

18:15, 14 dekabr Ölkə

Tahir Qarayev vəzifəsindən azad edildi

Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub. "Bakuinfo" Qafazinfo.az-a istinadən xəbər verir ki, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb. O, səbəb olaraq səhhətində yaranan problemləri göstərib. Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.

18:32, 06 dekabr Ölkə

Eldar Mansurovun oğluna yeni vəzifə verildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifə Ülvi Mansurova həvalə olunub. Qeyd edək ki, Ü.Mansurov 1983-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb. 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik

11:35, 04 dekabr Ölkə

Nazir yeni rəislər təyin etdi

Fövqəladə Hallar Nazirliyində yeni təyinatlar olub. “Bakuinfo” xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmrlər imzalayıb. Belə ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon şöbəsinin rəisi polkovnik Əlfağa Ağayev vəzifəsindən azad edilib. O, Xidmətin Yanğınsöndürmə şöbəsinin rəisi təyin olunub. FHN rəhbərinin digər Əmri ilə Ceyhun Ramazanov Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib. Nazirliyin Mətbuat

10:54, 04 dekabr Ölkə

Nazirliyin idarəsi ləğv edildi

Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ləğv edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Naxçıvan Muxtar Respublikasındakı İdarəsi” sözləri çıxarılsın. Nazirlər Kabineti bu qərarla “Azərbaycan

22:33, 03 dekabr Ölkə

Powered by MirTech