Son Xəbərlər

İlham Əliyev mühüm fərman imzaladı

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiq edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana görə, İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini

14:35, 06 yanvar Siyasət

Leyla Əliyeva Omanın Turizmin İnkişafı Şirkəti tərəfindən həyata keçirilən layihələrlə tanış oldu - FOTOLAR

Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” - “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub. "Bakuinfo" xəbər verir ki, 2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.

14:17, 06 yanvar Siyasət

Bu ölkədə güclü zəlzələ oldu

Yaponiyanın Çuqoku bölgəsində 6,2 maqnitudalı zəlzələ baş verib, ardınca bir sıra güclü afterşoklar qeydə alınıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin məlumatında deyilir. Agentlik qeyd edib ki, birinci zəlzələnin episentri Şimane prefekturasının şərqində yerləşib, sunami təhlükəsi yoxdur, ölənlər və ya ciddi dağıntılar barədə məlumat daxil olmayıb. Hadisə yerindən təxminən 32 km məsafədə yerləşən Şimane atom elektrik stansiyasını idarə edən şirkət

14:14, 06 yanvar Dünya

Bu şəxslərin maaşlarına əlavələrlə bağlı YENİLİK

"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin edən yeni funksionallıq tətbiq edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. Belə ki, əmək müqavilələri ƏMAS-a daxil edilərkən ağır əmək şəraitində çalışan səhiyyə işçilərinin əməkhaqqılarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əlavələrin daxil edilməsi mümkün

14:12, 06 yanvar Sosial

Vüqar Novruzov 3 nəfəri işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətinin daha üç əməkdaşı vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini müdir müavini İlqar Məmmədov və həmin şöbənin Baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar. Daha əvvəl isə RİH-in İctimai-siyasi və

13:50, 06 yanvar Ölkə

Pulz-da ciddi problem: İstifadəçilər pullarını çıxara bilmir

"Bakuinfo"nun Qaynar xəttinə daxil olan müraciətə əsasən, Pulz online pul kisəsində artıq 3 gündür texniki problem yaşandığı iddia olunur. Şikayətçi bildirir ki, balansında mövcud olan vəsaiti çıxara bilmir, həmçinin heç bir köçürmə əməliyyatı uğurla başa çatmır. Məsələ ilə bağlı Pulz-un dəstək xidməti ilə əlaqə saxlanılsa da, problem hələ də aradan qaldırılmayıb. Şikayətçi tərəfindən bakuinfo.net-ə təqdim edilən cavabda Pulz tərəfindən bildirilib: “Hörmətli istifadəçi, Hazırda qeyd

13:36, 06 yanvar Sosial

Sabah Bakıda hava necə olacaq?

Sabah Azərbaycanda hava necə olacaq? Yanvarın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı

13:00, 06 yanvar Sosial

Həmin əsgərin ölümünə görə həkim məsuliyyətə cəlb olundu

"N" saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işinin ibtidai istintaqı başa çatıb. "Bakuinfo" xəbər verir ki, faktla bağlı əsgərin qulluq etdiyi hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham

12:58, 06 yanvar Kriminal

Prezident anons etdi: İH-lər ləğv ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Cənab Prezident əlavə edib ki, bu operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. "Bakuinfo" xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib. “Prezidentin bu açıqlaması yerli idarəetmə

12:50, 06 yanvar Ölkə

Milli Qvardiyaya yeni komandan təyin olundu

Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib. “Bakuinfo" xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib. Qeyd edək ki, bir neçə ay əvvəl Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin PTX) rəisi vəzifəsindən azad edilib. Onun yerinə

12:42, 06 yanvar Hərbi

Powered by MirTech