Son Xəbərlər
Maduronun Türkiyəyə sürgün edilməsi ilə bağlı Ankaradan açıqlama
Ankara ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduroya Türkiyəyə sürgün olunmaqla bağlı ultimatum verdiyi barədə məlumata malik olmadığını açıqlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “RIA Novosti” Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, belə bir məlumat Ankaraya məlum deyil və onun haradan yayıldığı anlaşılmır. Bundan əvvəl xarici KİV-lərdə yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela
Azərbaycan 5 ton, Ermənistan 98 ton göndərdi
2025-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanın armud idxalı artıb. "Bakuinfo" xəbər verir ki, rəsmi məlumata görə, bu dövrdə 1,1 milyon dollar dəyərində 1503 ton armud idxal edilib ki, bu da ötən illə müqayisədə 6% artım deməkdir. Bu il ilk 10 ayda Niderland Gürcüstanın dəyərinə görə əsas tədarükçüsü olub, baxmayaraq ki, ən böyük miqdar Türkiyədən idxal edilib. Əsas idxal edən ölkələr aşağıdakılardır: Niderland - 643 000 dollar, 343 ton; Türkiyə - 419 000 dollar, 993 ton;
Venesuelada ölənlərin sayı 80-ə çatdı
ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayı 80-ə çatıb. "Bakuinfo" xəbər verir ki, bu barədə məlumatı "The New York Times" qəzeti yüksək vəzifəli venesuelalı rəsmiyə istinadla yayıb. Əvvəlki məlumatlarda 40 nəfərin öldüyü bildirilmişdi. Bildirilir ki, ölənlərin sayının artmaq ehtimalı var.
Tramp Venesuelanın yeni rəhbərini HƏDƏLƏDİ
ABŞ prezidenti Donald Tramp Venesuelanın yeni rəhbəri Delsi Rodrigezin “səhv addım” atacağı təqdirdə onun üçün nəticələrin Nikolas Maduroya tətbiq edilən tədbirlərdən daha sərt ola biləcəyini bildirib. "Bakuinfo" xəbər verir ki, bu barədə "The Atlantic" məlumat yayıb. Trampın sözlərinə görə, Vaşinqton Venesueladakı prosesləri diqqətlə izləyir və ölkənin yeni rəhbərliyinin addımlarına sərt reaksiya verə bilər. ABŞ prezidenti yenidən Qrenlandiya mövzusuna toxunub. O bildirib
Yanvarın 5-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvarın 5-i gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı - FOTO
Cəlilabad rayonunda vəzifəli şəxsin evdən meyiti tapılıb. "Bakuinfo" xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1990-ci il təvəllüdlü Ziya Muradovun meyiti şəhər ərazisində qardaşına məxsus evdə aşkar olunub. Ölümün səbəbi hələlik dəqiq məlum deyil. Mərhumun evli olduğu bildirilir. Qeyd edək ki, Z. Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışırdı.
Maduro bu tarixdə hakim qarşısına çıxacaq
Venesuelanın ələ keçirilmiş prezidenti Nikolas Maduro yanvarın 5-də Manhetten federal məhkəməsində ilkin dinləmə üçün hakim qarşısına çıxacaq. "Bakuinfo" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Ona qarşı narkoterrorizm fəaliyyəti ilə bağlı dörd maddə üzrə ittiham irəli sürüləcək. Məlumata görə, ittiham aktında Maduronun uzunmüddətli narkoticarət şəbəkəsinə rəhbərlik etdiyi iddia olunur. İşə ABŞ federal məhkəməsi baxacaq.
Bu tarixdə iş olmayacaq
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən yanvarda tarixi günlə əlaqədar bir gün iş olmayacaq. "Bakuinfo" xəbər verir ki, bu tarix 20 Yanvar Ümumxalq Hüzn Gününə təsadüf edir. Belə ki, həmin gün həftənin çərşənbə axşamına təsadüf etdiyindən iş günləri ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Qeyd edək ki, Yeni illə bağlı Azərbaycanda rəsmi iş günü 5 yanvar tarixində olacaq.
Berlində fövqəladə vəziyyət elan edildi
Almaniyanın paytaxtı Berlində fövqəladə vəziyyət elan edilib. “Bakuinfo” yerli mediaya istinadən xəbər verir ki, buna səbəb şəhərin bir hissəsində baş verən genişmiqyaslı elektrik enerjisi kəsintisi və onun yaratdığı ciddi texniki problemlərdir. Məlumata əsasən, yüksək gərginlikli elektrik xətlərində baş verən nasazlıq və yanğın nəticəsində on minlərlə ev və müəssisə işıqsız qalıb. Elektrik problemi ilə yanaşı, bəzi ərazilərdə internet və mobil rabitə xidmətlərində də fasilələr yaranıb. Hadisə
Rubio bu ölkəni hədələdi
ABŞ dövlət katibi Marko Rubio Kuba hökumətinin Vaşinqton üçün ciddi problem yaratdığını və onu “böyük çətinliklərin” gözlədiyini bildirib. "Bakuinfo" xəbər verir ki, Rubio "NBC News" telekanalına müsahibəsində Kubanın ABŞ hakimiyyətinin növbəti hədəfi olub-olmayacağı ilə bağlı suala cavabında deyib ki, Kuba hökuməti böyük problemdir və “onları böyük problemlər gözləyir”. ABŞ dövlət katibi Vaşinqtonun Havana ilə bağlı atacağı konkret addımları açıqlamaqdan imtina edib.