Son Xəbərlər

Hərbi xidmət müddəti 6 ay azaldıldı

Milli Məclis zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılması haqqında dəyişikliyi son oxunuşda qəbul edib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə edilib. Dəyişikliyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi

19:09, 04 yanvar Hərbi

Gənc həkim qəfil vəfat etdi

Gənc həkim Nurlana Əliyeva evində qəfil boğularaq dünyasını dəyişib. “Bakuinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bildirilib ki, o, Dəmir Yol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərirmiş.

19:05, 04 yanvar Sosial

Novruz çərşənbələrinin TARİXLƏRİ məlum olub

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub. "Bakuinfo" xəbər verir ki, bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir. Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.

18:34, 04 yanvar Sosial

Pensiya ilə bağlı yeni qaydalar qüvvəyə mindi

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Baş nazir Əli Əsədovun bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

12:57, 04 yanvar Sosial

"JEK"lərlə bağlı QƏRAR VERİLDİ

Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki JEK-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq. Məsələni NOCOMMENT.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov hesab edir ki, bu addım inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin

12:55, 04 yanvar Sosial

Ali Məhkəmə vitse-prezidentlə bağlı qərar verdi

Venesuela Ali Məhkəməsi dövlət başçısının səlahiyyətlərini icra etməyi vitse-prezident Delsi Rodrigezə həvalə edib. "Bakuinfo" xəbər verir ki, bu barədə hakim Tania D'Amelio açıqlama verib. O, bu qərarın Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 3 yanvar 2026-cı ildə baş verən xarici hərbi təcavüz və Venesuela prezidenti Nikolas Maduronun qaçırılması ilə əlaqədar verildiyini açıqlayıb.

11:25, 04 yanvar Dünya

Yəmən parçalanır – Yeni dövlət elan olundu

Yəmənin Cənub Keçid Şurası (STC) Konstitusiya Bəyannaməsi qəbul edib. ”Bakuinfo” xarici agentliklərə istinadən xəbər verir ki, sənədə əsasən, gələcək Cənubi Ərəbistan Dövləti 1967-ci ildən 1990-cı ilə qədər mövcud olan Yəmən Xalq Demokratik Respublikasının sərhədləri daxilində yaradılacaq: "Cənubi Ərəbistan Dövləti, paytaxtı Ədən olan keçmiş Yəmən Xalq Demokratik Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil suveren bir dövlətdir. O, ərəb və İslam ümmətinin

01:34, 04 yanvar Dünya

Milli Hidrometeorologiya Xidməti AÇIQLADI: Yanvarın 4-ü gecə baş verəcək

Avtomobil yollarında vəziyyət açıqlanıb. "Bakuinfo" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvarın 4-də gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

23:19, 03 yanvar Sosial

Tramp Maduronun FOTOSUNU PAYLAŞDI

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Venesuela prezidenti Nikolas Maduronun şəklini paylaşıb. "Bakuinfo" xəbər verir ki, o Maduronun ABŞ Hərbi Dəniz Donanmasına aid “USS Iwo Jima” gəmisində olduğunu bildirib.

20:41, 03 yanvar Dünya

Tramp Maduronun həbsi ilə bağlı detalları AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesueladakı əməliyyatı ilə bağlı "Fox News"a yeni açıqlamalar verib. "Bakuinfo" xəbər verir ki, Tramp əməliyyatı dörd gün təxirə saldıqlarını bildirib: "Əsgərlərdən eşitdim ki, bu, dünyanın heç bir ölkəsinin edə bilməyəcəyi bir manevrdir. Mən sözün əsl mənasında bunu canlı izlədim, sanki televiziya serialına baxırdım. Bu, inanılmaz idi". Tramp həmçinin əməliyyat zamanı heç bir itki vermədiklərini qeyd edib: "Bir neçə

19:04, 03 yanvar Dünya

Powered by MirTech