Son Xəbərlər

Maduro tutularkən ABŞ hərbçilərindən bunu xahiş edib

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən necə saxlanılmasına dair bəzi detallar məlum olub. "Bakuinfo" xəbər verir ki, Venesuela prezidenti Maduro və onun xanımı Cilia Flores rəsmi iqamətgahda yox, şəxsi malikanələrindən birində saxlanılıblar. Mənbənin bildirdiyinə görə, Maduro və həyat yoldaşının paytaxt Karakasdan kənarda yerləşən həmin malikanəndə olmalarını az adam bilirmiş. Prezident və xanımı burada 1 gün qaldıqdan sonra yerlərini

15:12, 03 yanvar Dünya

ABŞ ordusunun Venesuela əməliyyatı zamanı itkisi...

Amerika tərəfi Venesueladakı hərbi əməliyyat zamanı heç bir itki verməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ rəsmisinə istinadən məlumat yayıb. Qeyd edək ki, ABŞ ordusu bu gün Karakasa zərbələr endirib. ABŞ Prezidenti Tramp isə Venesuela Prezidenti Maduro və həyat yoldaşının artıq ələ keçirildiyi və ölkədən çıxarıldığını elan edib.

15:03, 03 yanvar Dünya

Venesuela Prezidentinin SAXLANILMA ANI - FOTO

Venesuela prezidenti Nikolas Maduro Amerikanın elit Delta Qüvvələrinin üzvləri tərəfindən ələ keçirilib. "Bakuinfo" xəbər verir ki, ABŞ rəsmiləri CBS News-a bildiriblər ki, Venesuela lideri Nikolas Maduro ABŞ ordusunun aparıcı xüsusi əməliyyat bölməsi olan "Delta Force" tərəfindən ələ keçirilib. Elit "Delta Force" bölməsi keçmiş İslam Dövləti lideri Əbu Bəkr əl-Bağdadini öldürən 2019 əməliyyatına da cavabdeh idi. Bildirilir ki, ABŞ Venesueladakı hərbi əməliyyatlar

14:54, 03 yanvar Dünya

Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

14:00, 03 yanvar Sosial

Venesuela Prezidenti və arvadı TUTULDU

Venesuela Prezidenti Nikolas Maduro və arvadı tutulub. "Bakuinfo" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

13:34, 03 yanvar Dünya

SON DƏQİQƏ: Səfərbərlik elan edildi

Venesuelada səfərbərlik elan edilib. "Bakuinfo" xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bəyan edib. Qeyd olunub ki, Venesuela Bolivar Respublikasının hökuməti ABŞ-ın Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı həyata keçirdiyi “kobud hərbi təcavüzü” kəskin şəkildə pisləyir. Bəyanatda qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri BMT nizamnaməsini pozur, Latın Amerikası və Karib regionunda sülh və sabitliyə təhdid

13:29, 03 yanvar Dünya

Venesuela müdafiə naziri həlak olub?

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin həlak olduğu barədə məlumatlar yayılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə RİA Novosti yerli mediaya istinadən xəbər yayıb. Müdafiə nazirinin iqamətgahına zərbələr endirilməsi barədə bundan əvvəl məlumatlar yayılmışdı. Padrine Lopesin həlak olması xəbəri hələlik rəsmi təsdiqlənməyib. Zərbələrdən sonra Venesuela Prezidenti Nikolas Maduronun harada olduğu da hələlik bilinmir. Paytaxt sakinləri isə Karakası

13:12, 03 yanvar Dünya

ABŞ Venesuelada parlament binasına zərbə endirdi

ABŞ Venesuela parlamentinin binasına zərbə endirib. "Bakuinfo" xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat yayıb. Bundan əvvəl amerikalı rəsmilər “Fox News” telekanalına ABŞ-ın ölkəyə zərbələr endirdiyini təsdiqləyiblər.

12:58, 03 yanvar Dünya

Venesuelada partlayışlar dayandı

Karakasdakı partlayışlar dayanıb. "Bakuinfo" xəbər verir ki bu barədə məlumatı The New York Times yayıb. Karakasda partlayışlar dayanıb, lakin ABŞ təyyarələri hələ də havadadır deyə məlumatda qeyd olunub.

12:49, 03 yanvar Dünya

Səfirlik Venesuelaya səfər etməyin çağırışı etdi

ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb. "Bakuinfo" xəbər verir ki, bu barədə TASS ABŞ səfirliyinin bəyanatına istinadən məlumat yayıb. “Qanunsuz saxlanılma, həbs yerlərində işgəncə, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayətkarlıq, vətəndaş iğtişaşları və zəif inkişaf etmiş səhiyyə infrastrukturu riski yüksək olduğuna görə Venesuelaya səfər etməyin və orada qalmayın”, bəyanatda bildirilib.

12:42, 03 yanvar Dünya

Powered by MirTech