Son Xəbərlər

Səfirlik Venesuelaya səfər etməyin çağırışı etdi

ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb. "Bakuinfo" xəbər verir ki, bu barədə TASS ABŞ səfirliyinin bəyanatına istinadən məlumat yayıb. “Qanunsuz saxlanılma, həbs yerlərində işgəncə, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayətkarlıq, vətəndaş iğtişaşları və zəif inkişaf etmiş səhiyyə infrastrukturu riski yüksək olduğuna görə Venesuelaya səfər etməyin və orada qalmayın”, bəyanatda bildirilib.

12:42, 03 yanvar Dünya

"Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?

"Aİ-92" və "Aİ-95" markalı benzinləri qarışdırmaq avtomobil sürücüləri arasında ən çox müzakirə olunan mövzulardan biridir. "Bakuinfo" xəbər verir ki, fərqli oktanlı yanacaqların bir-birinə qatılması texniki cəhətdən mümkün olsa da, lakin bunun daimi vərdişə çevirmək olmaz. Hər bir avtomobilin mühərriki zavod tərəfindən konkret bir benzin növü üçün hazırlanır. Bu iki yanacağı qarışdırdıqda mühərrik dayanmır və maşın hərəkət edir, lakin yanacağın keyfiyyəti dəyişir.

12:37, 03 yanvar Maraqlı

Sabah Bakıda hava necə olacaq?

Sabahın hava proqnozu Yanvarın 4-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi

12:33, 03 yanvar Sosial

Pezeşkian istefa verə bilər

İrandakı iğtişaşlar Prezident Məsud Pezeşkianla mühafizəkarlar arasında uçurumu dərinləşdirəcək. "Bakuinfo" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Pezeşkian iğtişaşlardan bir neçə gün əvvəl ölkədəki vəziyyətin ağır olduğunu və müsbətə doğru dəyişikliyə nail olmadığını etiraf etmişdi: "İrandakı hazırki iğtişaşların fitilini elə Prezidentin həmin açıqlaması alovlandırıb. Pezeşkian etiraz yürüşləri başladıqdan sonra polisi təmkinli davranmağa,

12:26, 03 yanvar Dünya

Bakıda bu ərazidə yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub. FHN Mətbuat xidmətindən "Bakuinfo"ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər

12:03, 03 yanvar Hadisə

Ələkbərov yeni ildə 3 milyard dollara yaxın pul itirdi

Rusiyanın "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərov üçün 2026-cı il uğursuzluqla başlayıb. "Bakuinfo" xəbər verir ki, 75 yaşlı Azərbaycan əsilli rus iş adamının sərvəti yanvarın 1-dən bəri 2,72 milyard dollar azalıb. Hazırda "Lukoyl" şirkətinin əsas səhmdarının sərvəti 27,4 milyard dollar təşkil edir.

12:01, 03 yanvar Dünya

Azərbaycana 8 min tabut gətirildi

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən səkkiz min ağac məmulatlarından hazırlanmış tabut gətirilib. "Bakuinfo" rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu qəbildən olan tabutların hamısı Çindən alınıb. 2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur. Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi

11:57, 03 yanvar Ölkə

İctimai nəqliyyatda qiymətlər artırılacaq

Benzin və dizel yanacağının qiymətində baş verən artım cəmiyyətdə yeni suallar yaradıb. Xüsusilə, bu bahalaşmanın gündəlik həyatın ayrılmaz hissəsi olan ictimai nəqliyyat tariflərinə təsir edib-etməyəcəyi ictimai müzakirə mövzusuna çevrilib. Benzin və dizel qiymətlərinin bahalaşması fonunda ictimai nəqliyyatın da bahalaşıb-bahalaşmayacağı sual doğurur. Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, yanacağın bahalaşması ilə

11:56, 03 yanvar Sosial

Venesuelada fövqaladə vəziyyət elan edildi

Venesuelaya hücumdan sonra Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb

11:54, 03 yanvar Dünya

Tramp Venesuela ilə bağlı bu göstərişi verdi

ABŞ Prezidenti Donald Tramp Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verib. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı amerikalı rəsmilərə istinadən “CBS News” yayıb. Bildirilib ki, sözügedən obyektlərə hərbi hədəflər də daxildir. Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib.

11:53, 03 yanvar Dünya

Powered by MirTech