Son Xəbərlər
Azərbaycanda siqaret kəskin bahalaşdı - YENİ QİYMƏT
Azərbaycanda siqaretlərin qiymətində növbəti artım qeydə alınıb. "Bakuinfo"nun əldə etdiyi məlumata görə, artıq qiymət artımı ilə bağlı satış nöqtələri rəsmi şəkildə məlumatlandırılıb. Bildirilib ki, bu barədə siqaret satışını həyata keçirən şirkətlər satıcılara əvvəlcədən xəbərdarlıq edib. Yeni qiymətlərə əsasən, ucuz siqaretlərin qiyməti 30 qəpik, bahalı siqaretlərin qiyməti isə 40 qəpik artırılıb. Satıcıların sözlərinə görə, qiymət artımı artıq bir sıra satış nöqtələrində tətbiq
Rusiya Azərbaycana təzyiq etdi, İlham Əliyev geri çəkilmədi — İTV DETALLARI YAYIMLADI
İctimai televiziya Azərbaycan-Rusiya gərginliyinin detalları barədə siyasi şərh təqdim edib. "Bakuinfo" həmin video materialı təqdim edir:
Bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. “Bakuinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Jurnalist Nailə Əkbərova vəfat etdi
Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib. “Bakuinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları paylaşım edib. Qeyd edək ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib. Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub.
Azərbaycanda minlərlə insan bayramdan imtina etdi
Yeni il gecəsi Azərbaycanda minlərlə evdə işıqlar sönmür, süfrələr açılır, saatlar 00:00-ı gözləyir. Amma bu gecə hamı üçün bayram deyil. Hər il olduğu kimi, bu il də minlərlə azərbaycanlı Yeni ili ailəsinin yanında yox, iş başında qarşılayır. Onlar üçün bayram gecəsi məsuliyyət, növbə və xidmət deməkdir. "Bakuinfo" xəbər verir ki, xəstəxanalarda həkimlər, tibb bacıları və təcili tibbi yardım briqadaları fasiləsiz rejimdə çalışır. Yeni il gecəsi yol-nəqliyyat hadisələri, qəfil səhhət
Lənkəranda güclü yanğın başladı
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. "Bakuinfo" xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb. İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb. Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.
Azərbaycan elminə ağır itki - FOTO
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib. Bu barədə BDU-dan məlumat verilib. Mikayıl Cəfərov 2006-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olub.
Prezident ona VƏZİFƏ VERDİ - SƏRƏNCAM
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, professor Fuad Məmmədova yeni vəzifə verilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, F.Məmmədov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin olunub. Qeyd edək ki, Fuad Məmmədov 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakıdakı 150-nömrəli məktəbi, 1969-cu ildə isə Azərbaycan neft və
Sabah Bakıya qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, günün birinci yarısında yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Nicat Rəhimov tutuldu
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub. "Bakuinfo" xəbər verir ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəyə gətirilməsi üçün tədbirlər