Son Xəbərlər
Milli Məclis bu qadağanı təsdiqlədi: Aprelin 1-dən qüvvəyə minir
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir. "Bakuinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - Foto
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub. "Bakuinfo", nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib. Buna qədər Bəxtiyar Tağıyev bu Agentliyin tərkibindəki Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur. (Qaynarinfo.az)
Azərbaycanda polkovnik vəfat etdi
Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, uzun müddət daxili işlər və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə xidmət edib. (Bakıvaxtı.az)
Ramiz Mehdiyev yenidən DİNDİRİLDİ
Ramiz Mehdiyev yenidən dindirilib Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. "Bakuinfo" xəbər verir ki, müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evində dinirib. Buna səbəb isə onun səhhətindəki problemlər olub. Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla
Masazırda GÜCLÜ YANĞIN
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. "Bakuinfo" nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Mahmud Abbas Prezident İlham Əliyevi təbrik etdi
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Bakuinfo" xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram. Eyni zamanda, Sizi Yeni - 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və
İcra başçısı pul yığdığına görə işdən çıxarılıb
Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb. "Bakuinfo" xəbər verir ki,, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib. Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub. Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən
Fatih Altaylı azadlığa buraxıldı
Türkiyəli tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bu ilin iyun ayında həbs edilən jurnalist məhkəmənin qərarı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xatırladaq ki, Fatih Altaylı Türkiyə Prezidentini təhdid etməkdə ittiham olunurdu.
Bu icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM
Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Elxan İbrahimov noyabrın 12-də Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Rafael Ağayevlə bağlı xoşagəlməz xəbər yayıldı
Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbiri müzakirələrə səbəb olub. Xüsusilə tanınmış karateçi Rafael Ağayevin bura dəvət edilməməsi diqqət çəkib. Əksəriyyət bildirir ki, tədbirə Şükran Soltanov, Kamil Zeynallı, həmçinin müğənni və blogerlər deyil, məhz Rafael Ağayev dəvət olunmalı idi. İdmançı isə yerli mediaya açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib. Rafael Ağayevlə nazirlik arasında nə baş verir? Globalinfo.az-a danışan idman jurnalisti