Son Xəbərlər

Zaqatalada yol qəzası - Xəsarət alanlar var

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var. "Bakuinfo" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, minik avtomobillərinin toqquşması zamanı bir-neçə nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır. (APA)

17:21, 29 dekabr Hadisə

Kəmaləddin Heydərov mühüm əmr imzaladı

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə "Bakuinfo"ya FHN-dən məlumat verilib. Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə

17:08, 29 dekabr Ölkə

Milli Qəhrəman vəfat etdi

Azərbaycan daha bir Milli Qəhrəmanını itirib. "Bakuinfo" xəbər verir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məlumata görə, Ş.Tağıyev son illər İsveçin Malmö şəhərində yaşayırdı. Bildirilir ki, Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı və son günlər vəziyyəti kəskin pisləşmişdi. Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək. (Musavat.com)

17:00, 29 dekabr Sosial

Azərbaycanla Oman bəzi şəxsləri vizadan azad etdi

Azərbaycanla Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.

16:56, 29 dekabr Siyasət

Hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Milli Hidrometeorologiya Xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək

16:51, 29 dekabr Sosial

Baş Prokurorluqdan plastik cərrah Vüqar Ələkbərovla bağlı MƏLUMAT

Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən "Bakuinfo"ya bildirilib ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır. “Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq

16:33, 29 dekabr Sosial

İlham Əliyev gender bərabərliyi ilə bağlı sərəncam imzaladı

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 - 2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Planının icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir. Milli

16:28, 29 dekabr Ölkə

Nazir ona yüksək vəzifə verdi

Maliyyə Nazirliyinin Abşeron-Xızı Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi dəyişib. “Bakuinfo" xəbər verir ki, idarəyə rəhbərlik edən Məmmədov Bəhruz Məmməd oğlunu Orxan Məmişzadə əvəz edib. Orxan Məmişzadə bundan əvvəl Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi olub. Qeyd edək ki, Maliyyə Nazirliyinin Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinin qanuni təmsilçisi vəzifəsinə isə Mülkədarov Nurlan Qələndar oğlu gətirilib. Hər iki təyinatla bağlı

16:26, 29 dekabr Ölkə

Nazir bu şəxslərə çağırış etdi

Gənclər və idman naziri Fərid Qayıbov idmançıları sosial şəbəkələrdə aktiv olmağa çağırıb. "Bakuinfo" xəbər verir ki, o, bu barədə 2025-ci ilin yekunlarına dair ölkənin əsas informasiya agentlikləri və televiziya kanallarına verdiyi müsahibəsində danışıb. "Gimnastımız Tofiq Əliyevin sosial şəbəkədəki aktivliyi bizi sevindirir. Biz istəyərdik ki, digər nümunəvi idmançılarımız da sosial şəbəkələrdə aktiv olsunlar. Çünki bu da təbliğatın bir növüdür", - deyə nazir bildirib.

16:16, 29 dekabr Sosial

13 il sonra həmin qətlin üstü açıldı

2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib. "Bakuinfo" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb. Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, bir neçə il əvvəl T.Ağayevanın qardaşı Fuad şübhəli şəxs

16:07, 29 dekabr Kriminal

Powered by MirTech