Son Xəbərlər

Qurban Qurbanovun oğlunun toyunda bu vəzifəli şəxslər iştirak edib - Fotolar

Tanınmış aparıcı Sənan Şəfizadə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musanın 3 ay öncə baş tutmuş toyundan yeni fotolar paylaşıb. "Bakuinfo" xəbər verir ki,, fotolardan görünür ki, toyda həm də dövlət rəsmiləri və tanınmış simalar iştirak edib. Onların arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, sabiq korpus komandiri general-leytenant Mais Bərxudarov və digər vəzifəli şəxslər olub. Qeyd edək ki, Azərbaycan millisi və “Qarabağ”ın

16:04, 29 dekabr İdman

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bu barədə "Bakuinfo"ya Milli Hidrometeorogiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

16:00, 29 dekabr Sosial

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı FƏRMAN

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

15:52, 29 dekabr Ölkə

Pirotexniki vasitələr satan 23 nəfər tutuldu

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. "Bakuinfo" xəbər verir ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 23 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması

15:35, 29 dekabr Kriminal

Prezident təsdiqlədi: Bu şəxslərin hərbi xidmət müddəti artırıldı

Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Hazırda “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q”

15:25, 29 dekabr Hərbi

Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. “Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat +

15:07, 29 dekabr Ölkə

Qaz limiti bu tarixdə sıfırlanacaq - RƏSMİ

İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır. “Bakuinfo” xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək: “Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”. E.Vəliyev qeyd

15:06, 29 dekabr Sosial

Tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Gələn ildən tütün məmulatları üzrə aksiz vergiləri artırılır. “Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılır. İstehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər homogenləşdirilmiş və ya

15:04, 29 dekabr İqtisadiyyat

Pensiya kapitalından vaxtından əvvəl istifadə etmək olacaq?

"Pensiya sadəcə sıradan sosial məsələ deyil, o həm də çox ciddi bir siyasi məsələdir. Ona görə bu həssas məsələ cəmiyyətin gözləntiləri baxımından çox həssas baxılmasını zəruri edir". "Bakuinfo" xəbər verir ki, bunu deputat Əli Məsimli deyib. O bildirib ki, pensiya sahəsində islahatlar həyata keçirilməlidir: "Bu islahatlar indiyə qədər olduğu kimi pensiya yaşının artırılması istiqamətində yox, pensiya sahəsində həlli vacib olan bir sıra digər istiqamətlərdə olmalıdır.

15:03, 29 dekabr İqtisadiyyat

Yaşayış minimumu bu qədər oldu

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq. “Bakuinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

14:52, 29 dekabr İqtisadiyyat

Powered by MirTech