Son Xəbərlər
Şükür Həmidovun anası vəfat etdi
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib. “Bakuinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov deyib. O bildirib ki, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da dünyasını dəyişib: “Şəkər xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə infarkt keçirmişdi. Yataq xəstəsi idi”.
Sabah qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin "Bakuinfo"ya verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava
Bu avtobusda gedişhaqqı 60 qəpik oldu
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun "Koroğlu" və "Ulduz" stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.
Putin Nursultan Nazarbayevlə görüşdü
Rusiya Prezidenti Vladimir Putin Kremldə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevlə görüşüb. "Bakuinfo" xəbər verir ki, görüş Rusiya prezidentinin Kremldəki mənzillərinin yeməkxanasında baş tutub. Putin Nazarbayevlə müntəzəm əlaqə saxlayır. Onlar sonuncu dəfə 29 may 2025-ci ildə görüşüblər.
Sabirabadda ağır qəza - Ölən var
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Bakuinfo" xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bəylər Eyyubovun qohumları barədə yeni faktlar: Məşhur klinika, zavodlar...
Günlədir medianın gündəmini Ruslan Eyyubovun həbs olunması,onun qardaşı Həsən Eyyubovun işdən azad olunması xəbərləri zəbt edib. Qeyd olunan xəbərlərin fonunda Eyyubovların mal-mülkü,əmlakları mediada tirajlanır. Dünən media "Azpetrol"un Eyyubovlara məxsus olması barədə xəbərlər yayıldı. Oxu24.com-a danışan məlumatlı mənbə bildirib ki,ölkədə bir sıra nəhəng xəstəxanalar və zavodlar da Eyyubovlar ailəsinə məxsusdur. Mənbənin saytımıza bildirdiyinə görə,"Corella - boya və boya
Səməd Seyidovun adından saxta açıqlama yayıldı - RƏSMİ
Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb. "Süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız
Azərbaycana qarşı yeni həyasızlıq - Aİ 95 xofu
Bakıdan İrəvana gedən neft məhsulları büdcəyə nə qədər qazandırır - iqtisadçı rəyi Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Bakının neft məhsullarını göndərməsi ilə bağlı öz səviyyəsinə uyğun dayaz və savadsız bir fikir söyləyib. Onun iddiasına görə, erməni oliqarxlar Azərbaycan büdcəsini doldurmağa qərar veriblər. “Axı ödənilən pullar həmin ölkənin büdcəsinə gedəcək və sonra silaha çevrilərək bizim ordumuza qarşı istifadə olunacaq”, - Baqratyan sarsaqlayıb. “Azərbaycana və ya Türkiyəyə
Sabah Bakıya qar yağacaq, güclü külək əsəcək
Sabah Bakıya yağış və sulu qar yağacaq, güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi
Azərbaycanla bağlı yeni tələb qoyuldu, təcili Putinlə anlaşdılar
Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ankaranın İrəvana yeni təkliflərini çatdırıb. Təklifə əsasən, 2026-cı il yanvarın 1-dən Ermənistan-Türkiyə sərhədi diplomatik pasportu olan şəxslər və üçüncü ölkə vətəndaşları üçün açıq olacaq. Amma Türkiyə yüklər üçün sərhədi açmağa hazır deyil. "Bakuinfo" xəbər verir ki, bu barədə “Hraparak” Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, aralıq mərhələ kimi bir addım da atılacaq: “Bundan