Son Xəbərlər
Azərbaycanda internet bahalaşıb bu qiymətə olacaq - Səbəb
Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi? "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, internet tariflərinin
Azərbaycanda 200-ə yaxın bina SÖKÜLƏCƏK
Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki qəzalı binalarda vətəndaşlarımızın yaşaması təhlükəlidir. Ona görə bu il müvafiq icra strukturları 200-ə yaxın qəzalı binanı aktlaşdıraraq onların söküntüsünə qərar verib. Növbəti ildə də eyni proses gedəcək". "Bakuinfo" xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, gələn il təkcə Bakı və Abşeron yarımadasında deyil, bütün
Bu şəxs direktor təyin olundu - Foto
“PAŞA Sığorta” ASC-nin Daxili Audit departamentinin direktoru vəzifəsinə təyinat olub. "Bakuinfo" xəbər verir ki, Elmar Ehtibar oğlu Məmmədrzayev “PAŞA Sığorta” ASC-nin Daxili Audit departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bu vəzifədə Cəlil Hüseynov Nizami oğlunu əvəz edib. Elmar Məmmədrzayev 2023-cü ilin noyabr ayından 2025-ci ilin dekabr ayına kimi “PAŞA Həyat Sığorta Şirkəti”ndə çalışıb. (Banker.az)
Bu ərazidə işıq olmayacaq
Dekabrın 27-də Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq. Bu barədə "Bakuinfo" ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. “Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra
Göygöldə yol qəzası - 3 nəfər xəsarət aldı
Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib. "Bakuinfo" xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “QAZ 3110” ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 1977-ci il təvəllüdlü F. Quliyev, 1982-ci il təvəllüdlü K. İsmayılova və 1977-ci il təvəllüdlü Z. Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Bu tarixdə qısa iş günü olacaq
Azərbaycanda 30 dekabr qısa iş günü olacaq. "Bakuinfo" xəbər verir ki, metbuat.az-ın məlumatına görə, 31 Dekabr tarixində ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunur. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Beləliklə, dövlət və özəl müəssisələrdə 30 dekabr (çərşənbə axşamı) iş vaxtı adi günlərə nisbətən bir saat daha az olacaq. Qeyd edək ki, 1,2,3,4 yanvar tarixləri də
Çayı belə içəndə mədə xərçəngi yaradır
Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılan araşdırma çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi riskini yüksəltdiyini göstərib. "Bakuinfo" xəbər verir ki, nəticələr "Food & Function" jurnalında dərc olunub. Tədqiqat UK Biobank layihəsinin məlumatları əsasında həyata keçirilib. 12 il müddətində 328 mindən çox insanın sağlamlıq göstəriciləri izlənilib. İştirakçıların gündə neçə fincan və hansı temperaturda içki qəbul etdiyi qeyd olunub.
İnam Kərimov bu videodan sonra hakimi işdən çıxardı
Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib. "Bakuinfo" xəbər verir ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi və hakim adına ləkə gətirməsi olub. Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib. Araşdırmaya görə, bu hadisəni ifşa edən isə rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov olub. Bildirilir
"Şəbnəm, utan öl, YERƏ GİR"
Müğənni Afət Fərmanqızının həmkarı Şəbnəm Tovuzluya ünvanladığı sərt açıqlamalar gündəm olub. "Bakuinfo" xəbər verir ki, sənətçi sosial şəbəkə hesabından yayımında Vəfa Şərifova və aparıcı Zaur Nəbioğlu ilə yaşadığı qalmaqaldan danışarkən Şəbnəm Tovuzlunun adını da çəkib. Afət Şəbnəm Tovuzlu aparıcı Zaura bahalı "iPhone" hədiyyə göndərdiyini deyib və bu addımı kəskin tənqid edib: "Şəbnəm, utan öl, yerə gir. Onun qabağında nə əskik işin var, hədiyyə göndərirsən? Birinə
Pensiya və sosial yardımlarda artımla bağlı YENİ AÇIQLAMA
"Pensiya və sosial yardımlarla bağlı artımların bir qismi məhz qanunvericiliklə tənzimlənir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, hər ilin yanvar ayında əmək pensiyaları əvvəlki ilin orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırılaraq artır". Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, 2025-ci ildə orta aylıq əməkhaqqında 9,2 faiz artım olacağı gözlənilir: "Rəsmi