Son Xəbərlər
Prezident idman yekunlarına həsr olunan tədbirdə - Foto
Bu gün 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. “Bakuinfo” xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.
Aydan 1 ildən sonra işinə qayıtdı
Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 ildən sonra öz işinə qayıdıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı AZAL sosial şəbəkə hesabında paylaşım edib. “Bəzən sözlər kifayət etmir, amma yol davam edir. J2-8243 nömrəli Bakı-Qroznı reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu. O, bu gün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir”? - paylaşımda deyilir.
Sabiq bələdiyyə sədrinin cəzası azaldıldı
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. "Bakuinfo" xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, İlknur Turkutla bağlı kassasiya şikayət təmin edilməyib. Aytac Əliyevanın kassasiya şikayəti isə qismən təmin edilib. Belə ki, ona elan olunmuş ittihamdan 308.1-ci maddə xaric
Ramiz Mehdiyev kostyumlarını bu ölkədən alırmış - Foto
Prezident Administrasiyasının ev dustaqlığında olan sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı daha bir maraqlı detal üzə çıxıb. Bu dəfə söhbət uzun illər Azərbaycan siyasi elitasında mühüm fiqur olmuş Ramiz Mehdiyevin geyindiyi brenddən gedir. "Bakuinfo" Modern.az-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev geyimlərinin bir hissəsini Türkiyədən alırmış. Söhbət İstanbul şəhərində yerləşən tanınmış ticarət məkanlarından birindən gedir. Həmin ünvan Eminönü ərazisində yerləşən kişi geyim
Azərbaycanda bazar gününün iş günü olması təklif edilib
Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib. "Bakuinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik: “Sürüşkən iş rejiminə keçirilməsin məsələsini biz mütləq həll etməliyik. Avropada və digər ölkələrdə buna
İcra başçısı köməkçini işdən çıxardı
Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. “Bakuinfo" xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb. Əmrə əsasən, Ceyhun İsmayılov icra başçının köməkçisi vəzifəsindən azad edilib. O, bir ay əvvəl bu posta təyinat almışdı. Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi götürmüşdü. Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla E.İbrahimov Kürdəmirin
Ruslan Eyyubovun vəkili görün kim imiş - Foto
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov apellyasiya şikayəti verib. "Bakuinfo" xəbər verir ki,, onun şikayətinə bu gün baxılacaq. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, Ruslan Eyyubovun həbsdən azad edilməsi istənilir. Ruslan Eyyubovun müdafiəsini tanınmış vəkil Muxtar Mustafayev həyata keçirir. Həmin vəkil bundan əvvəl
2026-cı ildə bu kommunal xidmətlər bahalaşacaq - SİYAHI
Əhalinin məişət xərclərində kommunal ödənişlərin xüsusi çəkisi olduğundan, bu sahədə mümkün qiymət artımları hər zaman ictimai maraq doğurur. Xüsusilə, ilin sonu və ya əvvəlində bu mövzu yenidən gündəmə gəlir. Qarşıdan 2026-cı ilin gəlməsi isə “kommunal xidmətlərin qiymətləri artacaqmı?” sualını aktuallaşdırır. Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir
Prezident AMİP sədrinin oğluna vəzifə verdi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib. "Bakuinfo" Oxu24.az-a istinadən xəbər verir ki, onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub. Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib. Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı
Yeni il gecəsi bulvara gedənlərə şad xəbər
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək. "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə