Son Xəbərlər
Nazir ona yüksək vəzifə verdi
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb. Qeyd edək ki, Azər Mehralıyev uzun illərdir Ədliyyə Nazirliyində çalışır. (Oxu24.com)
Vilayət Eyvazov onları seçdi: 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib Bu barədə Daxilin İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi
Bəylər Eyyubovun qardaşı oğlunun 15 hektarlıq MALİKANƏSİ
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən
Vüqar Qurbanovun vəzifə verdiyi xanım Aslanovun qohumu imiş
Məlum olduğu kimi, Hüseynzadə Vəfa Oruc qızı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinə direktor təyin edilib. "Bakuinfo" xəbər verir ki, V.Hüseynzadə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun bacısı qızıdır. Qeyd edək ki, A.Aslanov 2005-ci ildə Şəmkirin icra başçısı vəzifəsindən azad edildikdən sonra kənd təsərrüfatı nazirinin birinci müavini təyin edilmişdi. 2013-cü ilə qədər nazir müavini vəzifəsində çalışıb. 2018-ci ildə isə
Prezident qərar verdi, gözlər Bakıya çevrildi – Yeniliklər olacaq
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Bakının gələcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Sözügedən qərar paytaxtda köklü dəyişikliklərin olacağı barədə gözlənti yaradıb. Növbəti il bu qərar çərçivəsində Bakıda hansı yenilikləri görə biləcəyik? Globalinfo.az-a danışan tanınmış memar, professor Cahid Həsənov deyib ki, “Memarlıq və Şəhərsalma İli” təkcə Bakı şəhərini deyil, bütün respublikanı əhatə edir: “Təbii ki, paytaxt digər regionlarla müqayisədə daha çox
Türkiyədə minimum əməkhaqqı bu qədər artırıldı
Türkiyədə 2026-cı il üçün minimum əməkhaqqı 28 min 75 tl (1114 manat) olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan məlumat verib. Nazir bildirib ki, ötən illə müqayisədə minimum əməkhaqqı 27 faiz artırılıb.
Ruslan Eyyubov həbs edildi
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. “Bakuinfo" xəbər verir ki, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın
308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur
Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib. "Bakuinfo" xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istilik deyil, elektrik enerjisində də fasilələr yaşanır. İşıqların tez-tez sönüb-yanması dərs prosesinə mənfi təsir göstərir və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq
Parlament ad günü ilə əlaqədar İlham Əliyevə məktub ünvanladı
Milli Məclis doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Bakuinfo" əbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin. Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar. Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar
Nazirlər Kabinetindən İcra Hakimiyyətləri ilə bağlı QƏRAR
“Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Şəhər İcra Hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Rayon İcra Hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar