Son Xəbərlər
Eldar Mahmudovun əmisi oğlunu işdən çıxarıldı
Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayımlamışdıq. "Bakuinfo" xəbər verir ki, xəbər ictimailəşdikdən sonra Ə.Mahmudov işdən çıxarılıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Hələlik Əli Mahmudovun yerinə təyinat yoxdur.(Unikal.az
FHN-in polkovniki söyüş söydü: Yarış yarımçıq dayandı - ŞOK DETALLAR
Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun “Ordu” ilə matçında “Xilasedici” komandasına texniki məğlubiyyət verilib. "Bakuinfo" Prosport.az-a istinadən xəbər verir ki, buna səbəb “Xilasedici” komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub. Belə ki, hakimlərin “Çelenc”də qərarları “Ordu”nun xeyrinə verməsi F. Musayevi özündən çıxarıb. O, hakimləri söyüb.
Azərbaycana qış fəsli daxil oldu
Azərbaycana qış fəsli daxil olub. "Bakuinfo" Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən xəbər verir ki, qış fəsli Azərbaycana bu gün saat 19:03:01-də daxil olub, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayıb. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17
Rəşad Dağlı ilə bağlı AÇIQLAMA
Tanınmış vəkil Turan Abdullazadə meyxanaçı Rəşad Dağlının amnistiyaya düşməməsi barədə etirazlara aydınlıq gətirib. "Bakuinfo" bildirir ki, T.Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, Rəşad Dağlı amnistiyaya düşmür, çünki o ağır cinayət törətdiyinə görə məhkum olunub. "Məhz bu səbəbdən, təəsüflər olsun ki, amnistiya aktı məşhur meyxanaçı Rəşad Dağlı və bu qəbildən olan məhkumlara şamil olunmur. Amnistiya aktına əsasən, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş
Azərbaycanda dəhşət - Ər-arvad faciəli şəkildə öldü
Naxçıvanda ər-arvad dəm qazından ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib. Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)
Parlament şad xəbəri açıqladı - Sabah başlayır
Sabah Amnistiya aktının icrasına başlanılır. "Bakuinfo" xəbər verir ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib. Parlament Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında belə qərar qəbul edib. Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılacaq. Sabah amnistiyaya düşən məhkumlardan bir qrupu azad ediləcək.
Azərbaycanda yüksəkvəzifəli məmur keçmiş sevgilisini məhkəməyə verdi
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin direktoru Səlim Məmmədov (ad-soyad şərtidir) məhkəməyə üz tutub. "Bakuinfo" xəbər verir ki, o, keçmiş sevgilisindən şikayətçi olub. Günel Fəttahova adlı qadından şikayətçi olan məmur bildirib ki, keçmiş sevgilisi onu sistemli şəkildə təhdid edir, nüfuzdan salır və iş fəaliyyətinə mane olur. Səlim Məmmədov şikayət ərizəsində onu da qeyd edib ki, o, müxtəlif vaxtlarda çalışdığı dövlət qurumlarının
Tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, “Mazımqara” gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər
Bu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub. Xidmətin rəsmisi Arzu Babayeva bildirib
Əməkdar artistin atası vəfat etdi
Azərbaycanın əməkdar artisti Coşqun Rəhimovun atası Allahverdi Rəhimov 82 yaşında dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, aktyorun atası bu gün xərçəng xəstəliyindən vəfat edib. Allah rəhmət eləsin!