Son Xəbərlər

Nazirlik gözlənilən ŞAD XƏBƏRİ AÇIQLADI

Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək.

20:18, 19 dekabr Sosial

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. “Bakuinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.

19:50, 19 dekabr Ölkə

Mehdiyevin “əl qoyduğu” məşhur klinika sahiblərinə QAYTARILDI

Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun və yaxın ətrafının ayrı-ayrı iş adamlarına qarşı etdikləri haqsızlıqlar üzə çıxır. "Bakuinfo" Gununsesi.info-ya istinadən xəbər verir ki, belə bir fakt Gəncə şəhərindəki Yeni Gəncə Tibb Mərkəzi ətrafında baş verib. Belə ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev Samir və Fərid adlı şəxslərlə birlikdə qurduğu tibb mərkəzindən sonradan onları kənarlaşdırıb. Ramiz

18:51, 19 dekabr Sosial

Meyxanaçı Kərimin dəfn yeri açıqlandı

Meyxanaçı Kərim Novruzov sabah Maştağa qəbiristanlığında dəfn ediləcək. Bu barədə sənətçinin dostu, meyxanaçı Ağamirzə Məmmədov məlumat verib. O vurğulayıb ki, meyxanaçı ilə vida mərasimi sabah evində keçiriləcək və saat 11:00-da Maştağa qəbiristanlığında dəfn ediləcək. *** Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzov vəfat edib. Bu barədə məlumat sənətçinin ailəsindən bildirilib. Qeyd edək ki, 2017-ci ildə Kərim Novruzovun beyninə qan sızmışdı. O, ev şəraitində

18:23, 19 dekabr Sosial

Əli Əsədov polislərlə bağlı qərar imzaladı

Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiqlənib. “Bakuinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qaydaya əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq. Köçürmələrin və

18:19, 19 dekabr Ölkə

DİM sədri Kamran Əsədovla bağlı görün NƏLƏR DEDİ

“İstintaq aparılarkən bu işin arxasında kimlərin dayandığı barədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında dırnaqarası “təhsil eksperti”nin adının keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi”. “"Bakuinfo” xəbər verir ki, bunu “Trend”ə müsahibəsində Dövlət

18:10, 19 dekabr Sosial

Elektron siqaret qadağası ertələnir - Yaza qaldı

Elektron siqaretlə bağlı qadağanın qüvvəyə minmə müddətinə dəyişiklik edilir. “Bakuinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. “Cəmiyyətdə elə bir təsəvvür yaranmamalıdır ki, sanki elektron siqaretlərin qadağan edilməsi təşəbbüsləri fonunda ənənəvi siqaretlərin və ya alternativ tütün

14:16, 19 dekabr Sosial

Azərbaycanda bəzi cərimələr kəskin artır

Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə bəzi cərimələr artırılacaq. “Bakuinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı

13:31, 19 dekabr Ölkə

Hər kəsin gözlədiyi ŞAD XƏBƏR! Milli Məclis qəbul etdi

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb. "Bakuinfo" xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. 20 min vətəndaşa şamil edilməsi gözlənilir. Qərar layihəsinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə

13:15, 19 dekabr Sosial

Bu yolların təmirinə 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan

13:10, 19 dekabr Ölkə

Powered by MirTech