Son Xəbərlər
Yaponiya toylarında var: bizdə də olsun – Razi Nurullayev
“Toy xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabab zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var”. "Bakuinfo" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib. “Digər ciddi məsələ isə toylarımızda musiqinin səsidir. Şadlıq evlərinin
İlham Əliyevdən DSX ilə bağlı MÜHÜM FƏRMAN
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə dəyişiklik edilib. “Bakuinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə “Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” sözləri yazılmış yeni bənd əlavə edilir.
Əli Əsədovdan Bəylər Eyyubovla bağlı QƏRAR
Nazirlər Kabineti "Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Siyahıya Prezidentin Katibliyinin rəisi və onun müavini əlavə olunub. Qeyd edək ki, Azərbaycan Respublikası
Mais Bərxudarov hazırda bu vəzifədədir
Azərbaycan Ordusunun II ordu korpusunun sabiq komandiri general-leytenant Mais Bərxudarovun Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunduğu bilinirdi. Generalın Baş Hərbi İnspeksiyada hazırkı vəzifəsi məlum olub. "Bakuinfo" modern.az-a istinadən xəbər verir ki, ötən gün yayılan məlumatdan aydın olub ki, general Mais Bərxudarov hazırda müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü kimi fəaliyyət göstərir. Belə ki, o, ötən gün müdafiə naziri yanında
Nazir Xalq şairini ziyarət etdi
Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib. "Bakuinfo"nun məlumatına görə, bu barədə APA-ya Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib. Qeyd edək ki, Nəriman Həsənzadə bir müddətdir Mərkəzi Klinik Xəstəxanada stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.
Bu şəxslərə 500 manat bayram mükafatı veriləcək
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bayram günləri ilə əlaqədar əməkdaşlara mükafat ayrılması ilə bağlı əmr imzalanıb. "Bakuinfo"nun əldə etdiyi məlumata görə, universitetin rektoru Ədalət Muradovun imzaladığı əmrlə əməkdaşlara 500 manat məbləğində mükafat nəzərdə tutulub. Məlumata görə, mükafatın ödənilməsi universitetin daxili maliyyə resursları hesabına həyata keçiriləcək. Hazırda mükafatın verilməsi ilə bağlı prosesin icra mərhələsində olduğu, lakin ödənişlərin hələ
Prezidentdən Tağı Əhmədovun xanımı ilə bağlı SƏRƏNCAM
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edib. "Bakuinfo" xəbər verir ki,təltif olunanlar arasında Salatın Alı qızı Əhmədova da var. O,“Tərəqqi” medalı ilə təltif olunub. Salatın Əhmədova Bakı metropolitenin keçmiş rəisi,mərhum Tağı Əhmədovun xanımıdır. O,18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini (Indiki Bakı Dövlət Universitetini) bitirib.
Rektor əmr imzaladı - Bu şəxslərə 1000 manat mükafat veriləcək
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bayram günləri ilə əlaqədar əməkdaşlara mükafat verilib. "Bakuinfo" bakı.vs-yə istinadən xəbər verir ki, universitetin rektoru Rüfət Əzizovun əmri ilə bütün əməkdaşlara 1000 manat məbləğində mükafat ayrılıb. Bildirilib ki, ödəniş universitetin daxili resursları hesabına həyata keçirilir. Mükafatın hansı kateqoriyalara, yaxud əmək göstəricilərinə əsasən müəyyənləşdirildiyi qeyd edilməyib.
İlham Əliyev onları təltif etdi - Siyahı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib. “Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Şərəf” ordeni ilə Məmmədova Gülçöhrə Hüseyn qızı. 3-cü dərəcəli “Əmək” ordeni
Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı - Sərəncam
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Şərəf” ordeni ilə təltif edilib. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, 72 yaşlı G. Məmmədova 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.