Son Xəbərlər

Kamran Əsədovun AMEA prezidenti ilə "iş birliyi" ORTAYA ÇIXDI - FOTO

Xəbər verdiyimiz kimi, özünü “təhsil eksperti” kimi təqdim edən Kamran Əsədov qəbul imtahanlarında abituriyentlərin ayaqqabısında gizli kamera, səsötürücü və nano qulaqcıq yerləşdirərək cavabların ötürülməsində ittiham olunur. Faktla bağlı onun barəsində cinayət işi açılıb və məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. "Bakuinfo" xəbər verir ki, lakin KONKRET.az-ın əldə etdiyi yeni məlumatlar qalmaqalın daha dərin qatlarını üzə çıxarır. Məlum olub ki, adı ağır

12:48, 18 dekabr Sosial

Borcu olanlara şad xəbər: Ali Məhkəmədən QƏRAR

Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib. Məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək, həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.

12:40, 18 dekabr Sosial

Mais Bərxudarovun sürücüsü olmuş hərbçi həlak oldu - Foto

Salyanda ağır yol qəzası baş verib. “Bakuinfo” xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “VAZ” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub. Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb. Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

12:29, 18 dekabr Hadisə

Sabah hava belə olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi

12:21, 18 dekabr Sosial

İlqar Bayramlıya yüksək vəzifə verildi

Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib. "Bakuinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb. Qeyd edək ki, İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının

12:18, 18 dekabr Sosial

Nazir onu yüksək vəzifəyə təyin etdi

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. "Bakuinfo", bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb. Elm və Təhsil Nazirliyi faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun

12:08, 18 dekabr Sosial

Fuad Nəcəfli yüksək vəzifəyə təyin olunur? - İDDİA

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli ilə bağlı yeni məlumat yayılıb. "Bakuinfo" xəbər verir ki, onun yenidən yüksək vəzifəyə qayıtması gözlənilir. Məlumatda Fuad Nəcəflinin fəaliyyətini qurumların birində davam etdirəcəyi deyilir. Qeyd edək ki, F.Nəcəfi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin

11:44, 18 dekabr Sosial

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq. "Bakuinfo” APA-ya istinadən xəbər verir ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq. Qeyd edək ki, Azərbaycan neft

11:39, 18 dekabr Siyasət

Polis xeyli sayda silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, dekabrın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 tapança, 1 alışdırıcı, 5 tüfəng, 31 patron darağı və 857 ədəd müxtəlif çaplı patron aşkar edərək

11:37, 18 dekabr Kriminal

Prezident Qətər Əmirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. “Bakuinfo” xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir. Əminəm ki, qarşılıqlı etimad

11:36, 18 dekabr Siyasət

Powered by MirTech