Son Xəbərlər
Azərbaycanda yeni Mall açıldı
Abşeron Mall rəsmi açılışını edib. "Bakuinfo" xəbər verir ki, bu gün Abşeron Ticarət Mərkəzi-nin “Abşeron Mall” layihəsinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimi çərçivəsində tərəfdaşlarla işgüzar görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək layihələr müzakirə olunub.
Mirmahmud Fəttayev kimdir? - Dosye
Azərbaycan siyasətində uzun illərdir tanınan simalardan biri olan Mirmahmud Fəttayev (Mirəlioğlu) müxalif düşərgənin klassik nümayəndələrindən hesab olunur. O, hazırda Klassik Xalq Cəbhəsi Partiyasının sədridir və müxtəlif dövrlərdə Milli Məclisdə deputat kimi fəaliyyət göstərib. Bioqrafiyası Mirmahmud Mirəli oğlu Fəttayev 1956-cı il sentyabrın 1-də Yardımlı rayonunun Televar kəndində anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Ali təhsilini Bakı Dövlət Universitetinin Tarix
Ela Rümeysa həbs edildi
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib. "Bakuinfo" bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir. Bildirilir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib. Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən
Keçmiş nazir Bağırovun dövlətə borcu 5 dəfə artdı
Qərbi Kaspi Universitetinin dövlət qarşısında vergi borcu son iki ayda 5 dəfə artıb. "Bakuinfo" İqtisadiyyat.az istinadən xəbər verir ki, oktyabrdan bəri özəl təhsil müəssisəsinin dövlətə borcu 80 min manatdan çox artıb. Belə ki, cari ilin oktyabr ayında universitetin düşdüyü borcun miqdarı 17 791.13 manat təşkil edib. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, hazırda ali məktəbin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə olan borcunun
Soğan əkən kişi minaya düşdü
Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Bakuinfo" xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb. (Qafqazinfo.az)
Partiya sədrinin nəvəsinin meyiti tapıldı
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 18 yaşlı gəncin meyiti aşkarlanıb. “Bakuinfo” xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə ərazisində qeydə alınıb. Məlumata görə, həmin ərazidə yaşayan 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilib. Əraziyə gələn həkimlər gəncin artıq həyatını itirdiyini müəyyən ediblər. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisə yerinə
Xatirə İslam niyə Xankəndi konsertinə qatılmadı? - Səbəbi şok etdi
Əslən Xankədidən olan məşhur müğənni Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə adıçəkilən şəhərdə təşkil olunacaq bayram konsertində oxumaqdan imtina edib. "Bakuinfo" xəbər verir ki, müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında buna razılaşsa da, sonradan qərarını dəyişib. Saytın əməkdaşı məsələ ilə müğənninin mobil telefonuna zəng edib. Özünü onun köməkçisi kimi təqdim edən Qönçə adlı xanım bildirib ki, bu barədə
Müştəriləri aldadan şadlıq sarayı bu məşhur şəxsin imiş
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb. "Bakuinfo" xəbər verir ki, sözügedən “Ramin Nur” şadlıq sarayı “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovundur. Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb. Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda
Bakıda restoranda dana əti adı ilə görün, nə təqdim edildi
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus "Ramin Nur" şadlıq sarayında yoxlama keçirib. "Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən
Alimlər cəhənnəmi tapdılar - FOTO
ABŞ astronomları “James Webb” teleskopu vasitəsilə mövcudluğu mümkün sayılmayan uzaq bir ekzoplanet aşkarlayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə “Interestingengineering” məlumat yayıb. “Cəhənnəm planeti”nin kainatın digər yerlərində indiyədək müşahidə olunmayan bəzi xüsusiyyətləri astronomları təəccübləndirib. Kəşf yarana və təkamül edə bilən planetlərin növləri haqqında anlayışımızı dəyişdirə bilər. PSR J2322-2650b adlı planet kütləsinə görə təxminən Yupiterə bərabərdir, amma