Son Xəbərlər

İlqar Bayramlıya yüksək vəzifə verildi

Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib. "Bakuinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb. Qeyd edək ki, İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının

12:18, 18 dekabr Sosial

Nazir onu yüksək vəzifəyə təyin etdi

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. "Bakuinfo", bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb. Elm və Təhsil Nazirliyi faktı APA-ya təsdiqləyib. Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun

12:08, 18 dekabr Sosial

Fuad Nəcəfli yüksək vəzifəyə təyin olunur? - İDDİA

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəfli ilə bağlı yeni məlumat yayılıb. "Bakuinfo" xəbər verir ki, onun yenidən yüksək vəzifəyə qayıtması gözlənilir. Məlumatda Fuad Nəcəflinin fəaliyyətini qurumların birində davam etdirəcəyi deyilir. Qeyd edək ki, F.Nəcəfi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin

11:44, 18 dekabr Sosial

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq. "Bakuinfo” APA-ya istinadən xəbər verir ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq. Qeyd edək ki, Azərbaycan neft

11:39, 18 dekabr Siyasət

Polis xeyli sayda silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. "Bakuinfo" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, dekabrın 17-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 tapança, 1 alışdırıcı, 5 tüfəng, 31 patron darağı və 857 ədəd müxtəlif çaplı patron aşkar edərək

11:37, 18 dekabr Kriminal

Prezident Qətər Əmirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. “Bakuinfo” xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir. Əminəm ki, qarşılıqlı etimad

11:36, 18 dekabr Siyasət

Nazirlik Yeni illə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. “Bakuinfo” xəbər verir ki, müraciətdə deyilir: “Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı

11:35, 18 dekabr Sosial

Bu şəxslərə yüksək vəzifə verildi

Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər. "Bakuinfo" xəbər verir ki, bu barədə elm və təhsil naziri əmr imzalayıb. Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib, SOAS London Universitetində isə inkişaf elmləri üzrə magistratura təhsilini başa vurub. O, əmək

11:14, 18 dekabr Sosial

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. “Bakuinfo” xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməsi müəyyənləşib. Belə ki, dekabrın 17-si saat 20 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin halı qəfil pisləşib. Hadisə vaxtı

11:03, 18 dekabr Sosial

Azərbaycanda kişi yanaraq öldü

Naxçıvanda 66 yaşlı kişi ocaqda yanaraq ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılıb. Bir qədər sonra onun yanmış meyiti aşkar edilib. İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

10:34, 18 dekabr Hadisə

Powered by MirTech