Son Xəbərlər

Mirşahin Ağayev təltif edildi

Əməkdar jurnalist,Real Tv-nin direktoru Mirşahin Ağayevə medal təqdim olunub. "Bakuinfo" xəbər verir ki, Milli Mətbuatın 150 illik yubiley medalını M.Ağayevə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim edib Bu barədə əməkdar jurnalist Mirşahin Ağayev sosial şəbəkə hesabında hisslərini də bölüşüb. "150 il! Az yaş deyil! Sevinci hətta 200 yaşını qeyd edəcək həmkarlarımızı təbrik etməyə belə çatar! Təşəkkür edirəm, cənab PREZİDENT!",-deyə Ağayev

16:09, 17 dekabr Sosial

Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu

Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib. "Bakuinfo" APA-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər - gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin RR Caspi MMC-nin işçiləri

15:55, 17 dekabr Kriminal

Kamran Əsədovun məhkəmədən FOTOSU

Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov imtahanda abituriyentlərə xüsusi texniki vasitələrlə kömək etməkdə ittiham olunur. Bir neçə gün əvvəl o, iş üzrə Gəncə Şəhər Məhkəməsində ifadə verib. "Bakuinfo" Kamran Əsədovun məhkəmənin qarşısındakı fotosunu əldə edib. Fotoda K.Əsədovun yanındakı şəxs cinayət işi üzrə digər təqsirləndirilən Məmmədov Ayxan İlham oğlunun qardaşıdır. Qeyd edək ki, dekabrın 12-də isə K.Əsədovun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı.

15:35, 17 dekabr Kriminal

Elçibəylə bağlı sirr üzə çıxdı: Sən demə...

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib. Amma çoxlarının naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş. Publika.az xəbər verir ki, Modern.az Elçibəyin əsil-nəcabəti ilə bağlı iddialara aydınlıq gətirilməsi

14:59, 17 dekabr Siyasət

Vəzifəli şəxslər cərimələndi

Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib. “Bakuinfo" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilib ki, BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsi 4500 manat, “Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 8000 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi isə 1500 manat cərimə edilib. Qeyd olunub ki, buna səbəb “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın

14:00, 17 dekabr Sosial

Nadir Hüseynov vəfat etdi

Tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə APA-ya aktyor Nofəl Vəliyev məlumat verib. Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qeyd edək ki, o, 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə

13:21, 17 dekabr Sosial

Bakıda orta məktəbdə FACİƏ: müəllim dərsdə ÖLDÜ

Bakıda müəllim iş yerində ölüb. "Bakuinfo" xəbər verir ki, hadisə Qaradağ rayonu Korgöz qəsəbəsinin ərazisində yerləşən 197 saylı tam orta məktəbdə qeydə alınıb. Orada müəllim işləyən qəsəbə sakini, 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənova qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılır.

11:10, 17 dekabr Hadisə

Yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı - Qərar

“Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya”, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya” və “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya” blanklarının formalarını təsdiqlənib. “Bakuinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, yeni formalar hökumətin “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi,

11:08, 17 dekabr Sosial

İbtidai sinif müəllimi vəfat etdi

Sumqayıtda ibtidai sinif müəllimi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, müəllim Yeganə Hümbətova uzun sürən xəstəlikdən vəfat edib. Mərhum uzun illər Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyində, daha sonra isə 23 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyib.

11:06, 17 dekabr Sosial

Jurnalist İmamət İsmayılova həbs edildi

Vəkil Nemət Kərimlinin onun və yaxınlarının sosial şəbəkədə təhqir olunması barədə xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi keçirilib. "Bakuinfo" xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə sosial şəbəkədə saxta hesab yaradaraq vəkili və yaxınlarını təhqir etməkdə təqsirləndirilən İmamət İsmayılova barəsində qərar qəbul edilib. Bundan əvvəl də xüsusi ittiham qaydasında ittiham edilərək 6 aylıq həbs olunan və

10:54, 17 dekabr Kriminal

Powered by MirTech