Son Xəbərlər

Ərdoğandan Azərbaycan açıqlaması: Türkiyəni utandırdılar

“Türkləri bir-birindən ayırmaq üçün üçün bütün yollar sınaqdan keçirildi. Kimliyini müdafiə edən, dəyərlərini qoruyanlar turançılıqda ittiham olunaraq ya sürgün edildilər, ya da dar ağaclarının qurbanı oldular. Türk dünyasının varlığından danışmaq təkcə sərhədlərimizdən kənarda deyil, 1940-cı illərin təkpartiyalı (CHP) dövründə də qadağan edilmişdi”. "Bakuinfo" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Təkpartiyalı dövrdə Türkiyədən kənarda da türklərin

14:16, 16 dekabr Siyasət

Vətən müharibəsi iştirakçıları cəzalarından tam azad ediləcək

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək. "Bakuinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar

14:07, 16 dekabr Sosial

Bu şəxslər amnistiyaya düşəcəklər

Amnistiya tətbiq edilən şəxslərin əhatə dairəsi müəyyənləşib. "Bakuinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin Qərar layihəsində öz əksini tapıb. Qərar layihəsinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad

14:05, 16 dekabr Ölkə

Kəmaləddin Heydərovun xanımının dayısı oğlu general oldu

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələri verilib. "Bakuinfo" xəbər verir ki, sərəncama əsasən polkovnik Vaqif Tofiq oğlu İbrahimova “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib. Məlumata görə, V.İbrahimov Qəbələ, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur. Oxu24.com-un əldə etdiyi məlumata görə,Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat

14:00, 16 dekabr Sosial

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. “Bakuinfo” xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb. Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb. Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılıb. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı DTX-də ifadə vermişdi.

13:55, 16 dekabr Sosial

Prezident hər kəsin gözlədiyi şad xəbəri AÇIQLADI

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin

13:25, 16 dekabr Sosial

Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. “Bakuinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib. Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

22:40, 15 dekabr Ölkə

Taleh Qaraşovun oğlu general oldu

Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib. "Bakuinfo" xəbər verir ki, rütbə verilən şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur. Ona “general-mayor” ali hərbi rütbəsi verilib. Qeyd edək ki, S.Qaraşov FHN-in Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

16:05, 15 dekabr Ölkə

DTX-dən ƏMƏLİYYAT: İcra başçısı belə tutuldu - Video

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısı ilə bağlı məlumat yayıb. "Bakuinfo" DTX-ya istinadən xəbər verir ki, məlumatda deyilir: DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə

11:51, 15 dekabr Kriminal

Azərbaycanda məşhur polkovnikə ağır itki

Məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. "Bakuinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib. O bildirib ki, qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər. Ailə üzvlərindən

01:03, 15 dekabr Hadisə

Powered by MirTech