Son Xəbərlər

Nazirlikdən hava ilə bağlı əhaliyə xəbərdarlıq!

Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur. "Bakuinfo" xəbər verir ki, qeyd olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək bir sıra təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını

19:26, 14 dekabr Sosial

Azərbaycanda məşhur general-leytenant vəfat etdi

Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib. "Bakuinfo" xəbər verir ki,, 63 yaşlı general bir müddət əvvəl infarkt keçirib. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub. (Qafqazinfo.az)

19:23, 14 dekabr Sosial

Küləklə bağlı - Xəbərdarlıq

Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakuinfo.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul və Qobustan rayonlarında şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 13,9–20,7 m/san təşkil edəcəyi gözlənilir.

18:15, 14 dekabr Ölkə

Pənah Hüseyn istefa verdi

Pənah Hüseyn AXP sədrliyindən istefa verib Bakuinfo.net xəbər verir ki, Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq millət vəkili Pənah Hüseyn vəzifəsindən istefa edib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, AXP-nin VII (növbədənkənar) qurultayı keçirilib və qurultay Pənah Hüseynin istefasını qəbul edib. Qurultayın qərarı ilə Qiyas Sadıqov Azərbaycan Xalq Partiyasının yeni sədri seçilib.

18:13, 14 dekabr Siyasət

Generala nazirlikdə yüksək vəzifə verildi

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub. "Bakuinfo" xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib. Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib. Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci

12:31, 13 dekabr Sosial

2026-cı ilin qeyri-iş günləri - Açıqlandı

mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Bu barədə “Bakuinfo"ya nazirlikdən məlumat verilib. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2

19:19, 11 dekabr Sosial

General Usubovun vəzifəli oğlu həbs edildi

Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub. "Bakuinfo" xəbər verir ki, məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan

14:16, 11 dekabr Kriminal

Rəis Daşdəmirov həbs edildi

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov həbs edilib. “Bqkuinfo" xəbər verir ki, Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manata yaxındır. R.Daşdəmirov barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur. (Qafqazinfo.az)

14:15, 11 dekabr Kriminal

Mehdiyevin qızı da vəzifədən azad edildi

Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəzifədən çıxarıldığı barədə məlumat yayılıb. "Bakuinfo" Modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Onun kafedrada adi müəllim vəzifəsində qaldığı qeyd olunur. Sayt məlumatı dəqiqləşdirmək üçün Bakı Dövlət Universitetilə əlaqə

14:20, 08 dekabr Sosial

Bakıya leysan, bu ərazilərə qar... - Xəbədarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi

18:33, 06 dekabr Sosial

Powered by MirTech