Son Xəbərlər
Tahir Qarayev vəzifəsindən azad edildi
Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub. "Bakuinfo" Qafazinfo.az-a istinadən xəbər verir ki, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb. O, səbəb olaraq səhhətində yaranan problemləri göstərib. Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.
Köçəryan: Müharibəyə bu söz səbəb oldu
“Ermənistan (Baş nazir) Nikol Paşinyandan qurtulmalıdır”. "Bakuinfo" xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib. “Bu gün Nikol Paşinyan Ermənistan Respublikasının boynunda ilgəkdir, bu ilgəkdən qurtulmalıyıq”, - o bildirib. Köçəryan həmçinin qeyd edib ki, Paşinyan 2018-ci ildə “Qarabağ Ermənistandır” bəyanatını verərək, müharibənin başlamasına səbəb olub.
Qarabağ erməniləri ilə bağlı QƏRAR DƏYİŞDİ
Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evlə təmin olunması qaydalarında dəyişiklik edib. "Bakuinfo" xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Nazir bildirir ki, Qarabağdan köçən ailələrin mənzillə təmin olunmasına dövlət yardımı proqramı çərçivəsində arayış almaq üçün ərizə blankında məcburi ailə tərkibinə dəyişiklik edilib. Məlumata görə, artıq 18 yaşına çatmış və ərizə ilə müraciət etmiş şəxslər birmənalı
Təhlükəsizlik Xidməti "Temu" ilə bağlı xəbərdarlıq etdi
Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə "Telegram" vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur. "Bakuinfo" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilir ki, "Temu iş təklifi" adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır. Dələduzlar
İsa Həbibbəylidən Mehdiyevlə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir. Bu sözləri APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib. İsa Həbibbəyli bildirib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq. Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb
Bu qurumlarda iş günlərinin yeri dəyişdirildi
Azərbaycanda bir sıra universitet, məktəb və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib. “Bakuinfo” xəbər verir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər. Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar dərslərdə həftəsonu iştirak etməlidirlər. Məsələ ilə bağlı Nazirlər Kabinetinə (NK)
Azərbaycanda kişilərə şad xəbər: Buna görə pul veriləcək
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. "Bakuinfo" xəbər verir ki, məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənəddə vurğulanıb ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq
“Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub” - Qardaşı
“Ola bilsin ki, Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətləri olub. Mənim heç bir halda onunla (red.Ramiz Mehdiyevlə) əlaqəm olmayıb. Heç vaxt görüşməmişik də”. “Bakuinfo” xəbər verir ki, bunu şeyxin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a müsahibəsində bildirib. “Allahşükür Paşazadə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki, münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərdə olub. Başqa bir mövzu ola bilməz”, - deputat
Azərbaycanda daha bir bayram günü təsis edilir - İş olmayacaq
20 sentyabr Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq. "Bakuinfo" xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycanın bayramları sırasına daxil edilir.
Eldar Mansurovun oğluna yeni vəzifə verildi
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib. "Bakuinfo" xəbər verir ki, bu vəzifə Ülvi Mansurova həvalə olunub. Qeyd edək ki, Ü.Mansurov 1983-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb. 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik