Son Xəbərlər

Ləman Qulamova komadan ayıldı

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb. Bu barədə "Bakuinfo"ya Yeni Klinikadan məlumat verilib. Bildirilib ki, onun Yeni Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir. "Xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə, yüksək axımlı

14:27, 03 dekabr Sosial

Uşağı doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır. “Bakuinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

14:20, 03 dekabr Sosial

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək

İşçilər məzuniyyətə çıxdıqda əməkhaqqından az olmamaqla məvacib ala biləcək. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əmək haqqından az olmamaqla, orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması

14:19, 03 dekabr Sosial

AZCON-a yeni direktor təyin edildi - Foto

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Maqsud Məmmədov AZCON-un Beynəlxalq əməkdaşlıq departamentinə direktor təyin edilib. O, bundan əvvəl SOCAR Türkiyədə müxtəlif vəzifələrdə çalışıb.

14:16, 03 dekabr Sosial

Rusiyadan imtina edib Azərbaycanı seçdilər: Bu, artıq reallıqdır

“Avropa Nəqliyyat Şirkətinin baş direktoru oktyabrda mənə Çinlə Avropa arasında konteynerləri Rusiya ərazisindən keçməklə daşıdıqlarını, etibarlı alternativ təklif olsa, bu təklifi qəbul edəcəklərini bildirib”. "Bakuinfo" xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib. “İndi məhz bununla məşğuluq. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar marşrutu olan Orta Dəhliz (və ya Transxəzər

13:19, 03 dekabr Siyasət

Saakaşvili Gürcüstan hakimiyyətini ittiham etdi: Azərbaycana görə

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ölkənin indiki hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həm də ən yaxın qonşuları olan Ermənistan və Azərbaycanla münasibətləri pisləşdirməkdə ittiham edib. "Bakuinfo" xəbər verir ki, Saakaşvili bu barədə “Facebook” səhifəsində yazıb. "Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistandan gürcü QHT-lərini İrəvandan (indi gürcülərlə doludur, çünki əvvəllər Qərbin maliyyəsi ilə Gürcüstanda keçirilən konfransların

13:00, 03 dekabr Dünya

Müharibədən sonra Azərbaycan xəritələri yeniləndi

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xəritələri yenilənib. "Bakuinfo" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında jurnalistlərə açıqlamasında Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib. O bildirib ki, sistemlərdə 3D formatlı topoqrafik xəritələr rəqəmsal şəkildə hazırlanaraq Azərbaycanın əsas güc strukturlarına təqdim olunur: "Xəritələrin təkmilləşdirilməsi

12:36, 03 dekabr Siyasət

"Qarabağ" Koxalskinin dəyərini müəyyənləşdirib

Avropanın nəhəng klublarının transfer siyahısında olan "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin qiyməti bəlli olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Polşanın "Sklad" portalı məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi 25 yaşlı polşalı qolkiperini transfer etmək istəyən klubdan yeddi milyon avro tələb edəcək. Qeyd edək ki, Koxalski 2024-cü ilin yay transfer pəncərəsində "Qarabağ"a qoşulub. O, bu mövsüm 15 oyuna çıxıb və beş dəfə qapısını toxunulmaz

12:34, 03 dekabr İdman

MİDA-nın mənzilləri 1 dəqiqəyə satıldı - Yenə texniki problemlər yarandı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib. “Bakuinfo” xəbər verir ki, satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub. Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa

11:34, 03 dekabr İqtisadiyyat

Bakıda bu tarixdə QAR YAĞACAQ

Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur. "Bakuinfo" Metbuat.az-a istinadla bildirir ki, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir. Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.

11:00, 03 dekabr Sosial

Powered by MirTech