Son Xəbərlər
Kiberpolisdən onlayn dələduzluq piramidasına qarşı əməliyyat - Video
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib. Din-dən verilən məlumata görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlub olub ki, onlar “Whatsapp” və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara
Ramiz Mehdiyevin xəyanət FOTOLARI yayıldı
Ramiz Mehdiyevin və oğlu Teymur Mehdiyevin xəyanət fotoları yayılıb. "Bakuinfo" xəbər verir ki, hazırda vətənə xəyanət ittihamı ilə ev dustağı olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev vəzifədə olduğu vaxtlarda Rusiyaya etdiyi səfərlərdə, həmçinin orada keçirdiyi açıq və gizli görüşlərdə oğlu Teymur Mehdiyev də iştirak edib. Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. O, bu görüşlərə oğlu Teymur Mehdiyevi də
Azərbaycanda bu qurumda işçilərin ixtisarına başlandı
Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ixtisarlar aparılır. Teleqraf-a daxil olan məlumata görə, depo və qatarların yuyulmasından məsul olan işçilərdən öz ərizələri ilə işdən çıxmaq tələb edilir. Mənbənin sözlərinə görə, bu ilin yayında qurum daxilində iş saatının səkkiz saatlıq rejimə keçidi və bir qədər sonra isə ixtisarlar olacağı ilə bağlı məlumatlar yayılıb: "Öz ərizəsi ilə işdən çıxarılan əməkdaşlara "Bakı Metropoliteni"nin başqa bir şirkətin idarəçiliyinə
Mənsur Həsənova yüksək vəzifə verildi - Foto
Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olunub. "Bakuinfo" xəbər verir ki, Mənsur Həsənov uzun müddətdir vakant olan Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb. (Unikal.az)
DTX-nın həbs etdiyi sabiq rəis Şahin Quliyevlə bağlı YENİ XƏBƏR
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. "Bakuinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki,
Azərbaycanda bu məşhur qurum LƏVĞ EDİLDİ
Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, respublika ərazisində qaz paylayıcı qurum kimi yalnız Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi müəyyən edilib.
Maliyyə Nazirliyi ilə bağlı yeni qərar
Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nazirliyə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC siyahıya daxil edilib. Xatırladaq ki, "Rəqəmsal Maliyyə Mərkəzi" 2005-ci ildən fəaliyyət göstərən "Məlumat Hesablama Mərkəzi"nin
Qumru Əliyeva vəfat etdi
Mərhum şərqşünas-alim, professor Vasif Məmmədəliyevin həyat yoldaşı Qumru Əliyeva vəfat edib. "Bakuinfo" xəbər verir ki, Q.Əliyeva ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumun üç mərasimi sabah “Təzəpir” məscidində təşkil olunacaq. Qeyd edək ki, Qumru Əliyeva Sovet dönəmində kənd təsərrüfatı naziri olan Teymur Əliyevin qızıdır. Xatırladaq ki, Vasif Məmmədəliyev 2019-cu ildə 77 yaşında dünyasını dəyişmişdi. (Teleqraf.az)
İlham Əliyevdən Teymur Mehdiyevlə bağlı SƏRƏNCAM
Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Azərbaycanda ər-arvad faciəli şəkildə öldü
Samuxda iki nəfər dəm qazından boğularaq ölüb. "Bakuinfo" xəbər verir ki, rayon sakinləri - 1957-ci il təvəllüdlü T.Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı M.Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır. (Apa)