Son Xəbərlər

İlham Əliyevdən Teymur Mehdiyevlə bağlı SƏRƏNCAM

Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.

16:02, 01 dekabr Siyasət

Azərbaycanda ər-arvad faciəli şəkildə öldü

Samuxda iki nəfər dəm qazından boğularaq ölüb. "Bakuinfo" xəbər verir ki, rayon sakinləri - 1957-ci il təvəllüdlü T.Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı M.Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır. (Apa)

15:56, 01 dekabr Hadisə

Vilayət Eyvazov rəislərə tapşırıq verdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da və dekabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib. “Bakuinfo” xəbər verir ki, Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Daşkəsən, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 384 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların

15:38, 01 dekabr Sosial

Məmməd İbrahimli HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilib. "Bakuinfo" xəbər verir ki, onun barəsində Səbail rayon Məhkəməsində qərar qəbul olunub. Məhkəmənin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi

15:32, 01 dekabr Kriminal

Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı

Bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib. “Bakuinfo" xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında layihə səsə qoyulub. Qərara əsasən, S.Sadıxov nazir vəzifəsindən azad edilib.

14:54, 01 dekabr Ölkə

Əli Kərimli həbs olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. "Bakuinfo" xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və Məmməd

14:39, 01 dekabr Kriminal

Prezidentdən 2 milyonluq - Sərəncam

Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 2 milyon manatı ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən

14:06, 01 dekabr Siyasət

Məmməd İbrahimli bu madddə ilə ittiham olunur

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlinin ittiham edildiyi maddə məlum olub. "Bakuinfo" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

12:46, 01 dekabr Kriminal

Rusiya Çinlə viza rejimini ləğv etdi

Rusiya Çindən olan vətəndaşlar üçün Rusiyaya səfər etmək üçün viza tələbini ləğv edib. "Bakuinfo" xarici KİV-ə istinadən xəbər verir ki, gələn ilin sentyabrın 14-ə kimi olan müddəti əhatə edən müvafiq fərman Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb. Sənədə görə, qarşılıqlı olaraq Çin vətəndaşları Rusiya hüdudlarına viza olmadan daxil olub, 30 gündən çox olmamaqla ölkə ərazisində qala biləcəklər. Sənəddə eyni zamanda qeyd olunur ki, çinlilər Rusiyaya turistik və işğüzar

12:34, 01 dekabr Dünya

Bu şəxslərin nəzərinə: Pensiyaları 6 ildən bir artırılacaq

Azərbaycanda yaşa görə əmək pensiyası hüququ qazanmış şəxslərin daha sonra hansı iş sahəsində və ya hansı şərtlərlə çalışa bilməsi mövzusu tez-tez müzakirə edilir. Yaşa görə əmək pensiyası hüququ qazanmış şəxs sonradan işlədiyi təqdirdə ona ödənilən əmək pensiyasının dayandırılması ehtimalı varmı? Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən deputat Vüqar Bayramovun sözlərinə görə, pensiya yaşı tamam olmuş vətəndaşların özəl sektorda işləməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur: “Praktik olaraq

12:25, 01 dekabr Sosial

Powered by MirTech