Son Xəbərlər

Gültəkin Hacıbəylidən xəbər var

Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli bu gün səhər saatlarında Azərbaycana deportasiya edilib. "Bakuinfo" Gununsesi.info-ya istinadən xəbər verir ki, Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanır.

11:16, 01 dekabr Sosial

"Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar - FOTOLAR

“Ramiz Mehdiyev işi"ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli olub. APA-nın xəbərinə görə, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir. Sorğulanmalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb. Ramiz Mehdiyevin

10:58, 01 dekabr Kriminal

Rövşən Nəcəf onu işdən çıxardı - Foto

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılıb. "Bakuinfo" Unikal-a istinadla xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf əmr imzalayıb. Əmrə əsasən, SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov vəzifəsindən azad edilib.

10:56, 01 dekabr Sosial

Əli Kərimlini o müdafiə edəcək - Orderini DTX-yə təqdim etdi + FOTO

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimlinin vəkilini kimliyi bəlli olub. "Bakuinfo" "gununsesi.info"ya istinadən xəbər verir ki, həmin şəxs vəkil Aqil Layicdir. Məlumata görə, Aqil Layic artıq DTX-nın İstintaq Baş İdarəsinə vəkil orderini təqdim edib.

10:15, 01 dekabr Siyasət

Cəmil Həsənli sərbəst buraxıldı

Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. "Bakuinfo" xəbər verir ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə şahid qismində dindirilmək üçün bu gün DTX-ya çağırılmışdı. ***

21:23, 30 noyabr Sosial

Yanvarın 1-dən etibarən binalarda bu qayda qüvvəyə minəcək

Türkiyədə planlı ərazilərin imar qaydalarında 11 martda edilən dəyişiklik çərçivəsində yağış suyu sistemi, depo həcmi 7 kubmetrdən çox olan tikililərdə, sahəsi 2 min kvadratmetri aşan layihələrdə, damın proyeksiya sahəsi 1000 kvadratmetrdən böyük olan xüsusi tikililər və dövlət binalarında qurulacaq. Nazirlik bu öhdəliklə illik orta hesabla 6,2 milyon kubmetr suya qənaət ediləcəyini açıqlayıb. Təmizlənmiş yağış suyunun bağ suvarılmasında və tualet çənlərində istifadə olunacağı bildirilib.

20:23, 30 noyabr Dünya

Hər gün 9 saat SU KƏSİLƏCƏK - Bu gündən BAŞLAYIR

Yalovanın içməli su ehtiyacını ödəyən Gökçe bəndində suyun səviyyəsi 8 faizə düşüb. "Bakuinfo"“Haber Global”a istinadən xəbər verir ki, şəhərdə 15 günlük içməli su ehtiyatı qaldığı üçün bütün rayonlarda gündəlik 9 saat fasilələr olacaq. Şəhər valisi Hülya Kayanın rəhbərliyi altında "Təcili Su Fəaliyyət Planı" həyata keçirilib. Bələdiyyələr həmçinin üzgüçülük hovuzlarında suyun istifadəsini qadağan etmək və alternativ su təmin edə bilməyən hovuzların fəaliyyətini müvəqqəti

20:15, 30 noyabr Dünya

Cəlilabadda qadın ərini öldürdü

Noyabrın 30-u saat 13:00 radələrində xəsarət alması səbəbilə 1990-cı il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, ona döş qəfəsinin, ürək nahiyəsinə nüfuz edən kəsilmiş-deşilmiş iti alət yarası, ürəyin tomponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib. Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin

19:52, 30 noyabr Hadisə

7 gün iş olmayacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacaq. 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləri olacaq. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, 29 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək ölkədə bayram tətili olacaq.

19:37, 30 noyabr Sosial

Hava şərati ilə bağlı xəbərdarlıq: Qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

19:25, 30 noyabr Sosial

Powered by MirTech