Son Xəbərlər
Bu rayonlar LƏĞV EDİLƏ BİLƏR - Hökumətə ÇAĞIRIŞ
İqtisadçı deyir ki, ölkədə bu qədər kiçik inzibati ərazi vahidlərinin olmasına ehtiyac qalmayıb Azərbaycan parlamentində 2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılır. Ekspertlər tərəfindən “qənaət büdcəsi” adlandırılan sənəd artıq birinci oxunuşda qəbul edilib. Büdcə layihəsini şərh edən ekspertlər deyir ki, neft gəlirlərinin azalması fonunda dövlət xərclərinə daha sərt nəzarət ehtiyacı yaranıb. Bu mövzuda Modern.az geniş təhlil yazıb. Bildirilir ki, son aylarda mətbuatda oxşar
Əli Kərimli və Məmməd İbrahimlə bağlı QƏRAR VERİLDİ
Məlumdur ki, dünən AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılmış, daha sonra onlar DTX-yə aparılaraq orada dindirilmişlər. "Bakuinfo" xəbər verir ki, bu gün isə məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb edilmişlər Hələlik onlara ittiham elan olunmayıb.
Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
Gültəkin Hacıbəyli ilə axırıncı dəfə dünən gecə saat 1-də danışdım. Onda artıq polis idarəsində idi. "Bakuinfo" xəbər verir ki, bu sözləri AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı deyib. O qeyd edib ki, noyabrın 30-u səhər saatlarında Gültəkin Hacıbəyli Arnavutköy deportasiya məntəqəsinə göndərilib: “Hazırda onunla heç bir əlaqə saxlamaq mümkün deyil. Böyük ehtimalla bu gün Gültəkin xanım Azərbaycana göndəriləcək, elə aeroportda da saxlanılaraq Əli Kərimlinin həbsi üçün açılmış
Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
Milli Şuranın sədri Cəmil Həsənlinin ölkədən çıxışına məhdudiyyət tətbiq edilib. "Bakuinfo" xəbər verir ki, bu barədə Cəmil Həsənli özü məlumat yayıb. O bildirib ki, bu gün xanımı ilə birgə Dubayda yaşayan qızı və nəvələrini görmək üçün gedəcəklərmiş, geridönüş bileti isə 15 dekabra alınıbmış. Ancaq bu gün hava limanına gedərkən onun ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib, buna görə də xanımını yola salıb, özü isə geri qayıdıb. C.Həsənli vurğulayıb ki, artıq onu şahid qismində
Generalın general oğlu axtarışa verildi
Ermənistanda Qriqori Xaçaturov axtarışa verilib. "Bakuinfo" news.am-a istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 436-cı maddəsinin 1-ci hissəsi (bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə rüşvət alma) və 549-cu maddənin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ehtiyatsızlıqdan ağır zərər vurma ilə nəticələnən) ilə axtarışdadır. Qriqori Xaçaturov general-polkovnikdir və general-mayor rütbəsi daşıyan KTMT-nin keçmiş baş
Əli Kərimli həbs edilir - EVİNDƏ AXTARIŞ BAŞLADI
Bu dəqiqələrdə AXCP sədri Əli Kərimlinin mənzilində axtarış başlayıb. Gununsesi.info əldə etdiyi məlumata görə, axtarışdan sonra AXCP sədrinin həbsi gözlənilir.
Əməkdar artist işdən çıxarıldı
Əməkdar artist Teleqraf-a açıqlamasında bildirib ki, teatr tərəfindən verilən bu qərar gözlənilməz olub: "Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin ədalətsizliyinə etiraz edərək işdən çıxmaq üçün ərizə yazdım və üç gün ərzində işdən çıxardılar. İlham Əsgərov tərəfindən bu qərarın veriləcəyinə inanmazdım. Teatrdan azad edilməyimlə bağlı iclas belə olmadı. Mən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya güvənirəm, inanıram ki, ölkə
Elçin Quliyev məşhur generala VƏZİFƏ VERDİ - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Cavid Abdullayevə yeni vəzifə verilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Cavid Abdullayev Atçılıq Federasiyasının vitse-prezidenti təyin edilib. (Bakupost.az)
Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb. "Bakuinfo"nun Modern.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidenti bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb. Qeyd edək ki, Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan
Azərbaycan kəndində kütləvi dava: 3 nəfər öldü
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri yaxınlığındakı Golan kəndində kütləvi dava olub. "Bakuinfo" xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, dava nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Əyalət polisinin yaydığı məlumatda ölü sayının artacağı ehtimalının olduğu bildirilib. Ailələr arasında baş verən kütləvi dava iştirakçılarının hamısı həbs edilib. (Axar.az)