Son Xəbərlər

Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb. "Bakuinfo"nun Modern.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidenti bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb. Qeyd edək ki, Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan

14:33, 28 noyabr Sosial

Azərbaycan kəndində kütləvi dava: 3 nəfər öldü

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri yaxınlığındakı Golan kəndində kütləvi dava olub. "Bakuinfo" xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, dava nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Əyalət polisinin yaydığı məlumatda ölü sayının artacağı ehtimalının olduğu bildirilib. Ailələr arasında baş verən kütləvi dava iştirakçılarının hamısı həbs edilib. (Axar.az)

14:21, 28 noyabr Hadisə

Üçüncü Dünya müharibəsinin anonsunu Türkiyədə verdi

“Qlobal münaqişələr addım-addım Üçüncü Dünya müharibəsi üçün zəmin hazırlayır”. "Bakuinfo" xəbər verir ki, bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Roma Papası XIV Leo deyib. “Beynəlxalq münaqişələr addım-addım həyata keçirilən Üçüncü Dünya müharibəsi üçün zəmin hazırlayır. Buna heç vaxt imkan verməməliyik. Bəşəriyyətin gələcəyi təhlükə altındadır. İki dünya müharibəsindən sonra iqtisadi-hərbi güc strategiyalarının üstünlük təşkil etdiyi, qlobal səviyyədə

14:08, 28 noyabr Dünya

Bakıda məşhur məktəb SÖKÜLƏCƏK

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəb söküləcək. “Bakuinfo” Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Təhlisin İnkişafı Fondu tərəfindən tender elan edilib. Belə ki, tender məktəb binasının sökülərək yerində 528 şagird yerlik yeni bina tikintisini, həmçinin məktəbin əlavə işlər və mebel avadanlıqları ilə təchiz edilməsinin satınalınmasını nəzərdə tutur. Tenderin ehtimal olunan dəyəri 1.3 milyon manatdır.

14:03, 28 noyabr Sosial

Özbəkistan elektron siqaretləri tamamilə qadağan etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin satışını qadağan edən qanunu imzalayıb. "Bakuinfo" xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yeni tənzimləmə elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsini, saxlanmasını, daşınmasını, ötürülməsini, istehsalını və ölkəyə idxalını qadağan edir. Qanun pozuntusuna görə 5 ilədək həbs cəzası nəzərdə tutulur.

13:00, 28 noyabr Dünya

DSX-nin əsgəri özünü güllələdi - Komandir sərbəst buraxıldı

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. “Bakuinfo” xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından noyabrın 15-də intihar etdiyi bildirilib. Faktla bağlı hərbi prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfəralıyev saxlanılıb. Sonra Cinayət Məcəlləsinin maddələri ilə ona

11:25, 28 noyabr Kriminal

Putin bu tarixdə Hindistana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfər tarixi dəqiqləşib. "Bakuinfo" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, Putin 4-5 dekabr tarixlərində Hindistana dövlət səfəri edəcək.

11:17, 28 noyabr Dünya

Bakı "dona" bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ

Məlum olduğu kimi, qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib. Bu il Bakıda qış mövsümünün əvvəlki illərlə müqayisədə daha sərt keçəcəyi ilə bağlı fikirlər səslənir.

11:11, 28 noyabr Sosial

İmran Xanın ölüm xəbəri yayıldı

Pakistanın keçmiş baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunub. "Bakuinfo" xəbər veri ki, bu barədə “Afganistan Tayms” qəzeti məlumat dərc edib. Onun meyitinin həbsxanadan çıxarıldığı qeyd edilir. "İslamabad Post" qəzeti də öz növbəsində Pakistan Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının Adiala həbsxanasına girməyə cəhd etdiyini bildirib. Hökumətin həbsxananı qorumaq üçün dərhal əlavə hərbi qüvvələr yerləşdirdiyi vurğulanır. Məsələ ilə bağlı Pakistan

14:25, 26 noyabr Dünya

General Raul Zeynalov məhkəməyə gələcək

General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb. "Bakuinfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim zərərçəkmiş şəxslərin istəyi ilə belə qərar qəbul edib. Təqsirləndirilən kapitan Ayaz Bayramov özü prosesin media nümayəndələrinin iştirakı ilə keçirilməsini xahiş etsə də, zərərçəkmişlərin istəyi nəzərə alınıb. Bu gün iclasda əsas zərərçəkmişlərdən biri – Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri,

13:34, 26 noyabr Kriminal

Powered by MirTech