Son Xəbərlər

Yanvarın 8-də havanın temperaturu dəyişəcək

Azərbaycanda yanvarın 8-də havanın yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm

23:27, 07 yanvar Sosial

Ölkəyə 8 min tabutun gətirilməsi ilə bağlı rəsmi açıqlama

Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərə aydınlıq gətirilib. "Bakuinfo" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib. Sadəcə, gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub: "Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları”

22:18, 07 yanvar Sosial

Prezidentdən açıq mesaj: Ya xidmət, ya get

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda yeni bir siyasi-idarəetmə mərhələsinə qədəm qoydu. Müharibədən sonrakı reallıqlar ölkənin regional və qlobal proseslərdə passiv müşahidəçi deyil, fəal aktor kimi çıxış etdiyini təsdiqlədi. Bu status isə təbii olaraq dövlət idarəçiliyində yeni hədəflər, daha mürəkkəb çağırışlar və keyfiyyətcə fərqli yanaşmalar tələb edir”. Bunu Ölkə.az-a açıqlamasında Milli Məcisin VI çağırış deputatı İltizam

21:07, 07 yanvar Siyasət

Şahin Bağırov onu rəis təyin etdi - FOTO

Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub. "Bakuinfo" xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti polkovniki Həmidli Vüqar Sabir oğlu təyin olunub. O, 2003-cü ildən gömrük orqanlarında fəaliyyətə başlayaraq Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru, həmin idarənin İkitərəfli gömrük əməkdaşlığı şöbəsinin baş

18:29, 07 yanvar Ölkə

Milli Qəhrəmanın xanımına vəzifə verildi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası yeni tərkibdə ilk iclasını keçirib. Müşahidə Şurası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin nümayəndələrindən ibarətdir. "Bakuinfo" xəbər verir ki, QHT Agentliyinin Müşahidə Şurasında təmsil

18:04, 07 yanvar Sosial

Astarada maşın mopedlə toqquşdu - Xəsarət alanlar var

Astarada avtomobil mopedlə toqquşub. Bakuinfo" xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma

17:55, 07 yanvar Hadisə

Tramp İrana hücum qərarı verdi

BŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun Səudiyyə Ərəbistanı və Omanın vasitəçiliyi ilə İranla danışıqların bərpa olunması təklifini rədd edib, iqtisadi-hərbi təzyiqə əsaslanan hücum strategiyasını seçib. "Bakuinfo" xəbər verir ki, bu barədə “Israel Hayom” İranda davam edən etiraz aksiyaları barədə məqaləsində bildirib. Nəşr yazıb ki, İranda hazırkı etiraz dalğasının yekun nəticəsini proqnozlaşdırmaq üçün hələ tez olsa da, İsrail ordusunun qənaətinə görə, Tehran

17:54, 07 yanvar Dünya

Sabah Bakıda qaz kəsiləcək - Bu ərazilərdə

Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq. Bu barədə "Bakuinfo"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu, Pirşağı qəsəbəsinin bir hissəsinin və Nizami rayonu, Q.Qarayev, Ə.Kürçaylı, R.Rüstəmov, Nəsimi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

17:46, 07 yanvar Sosial

İlham Əliyevdən Cahangir Novruzovla bağlı - Sərəncam

Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. “Bakuinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xalq artisti bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.

17:39, 07 yanvar Ölkə

Bu şəxslər təltif edildi - SƏRƏNCAM

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, aşağıdakı şəxslər təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Novruzov Cahangir Mütəllib oğlu “Şöhrət” ordeni ilə Aşina Məsud Rüstəm oğlu “Dostluq” ordeni ilə Acar Ziya Zakir Musa oğlu “Tərəqqi” medalı ilə Alaferdov Akif

17:33, 07 yanvar Ölkə

Powered by MirTech