Son Xəbərlər

Bu şəxslər təltif edildi - SƏRƏNCAM

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, aşağıdakı şəxslər təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Novruzov Cahangir Mütəllib oğlu “Şöhrət” ordeni ilə Aşina Məsud Rüstəm oğlu “Dostluq” ordeni ilə Acar Ziya Zakir Musa oğlu “Tərəqqi” medalı ilə Alaferdov Akif

17:33, 07 yanvar Ölkə

 Xanlar Cəfərov həbsdə vəfat etdi

Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan "Avro Qrand" MMC-nin keçmiş direktoru Xanlar Cəfərov həbsdə vəfat edib. "Bakuinfo" xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənəddə bildirilib. Sənəddə qeyd edilib ki, Xanlar Cəfərov bu il yanvarın 1-də müalicə olunduğu tibb müəssissində vəfat

17:15, 07 yanvar Kriminal

Dünyada fəlakət gözlənilir - Azərbaycana da yaxınlaşır

Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağını proqnozlaşdırır. "Bakuinfo" xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu göstərici ölkələr üzrə fərqli olacaq: "Bankın proqnozlarına görə gələn il ABŞ-da iqtisadiyyat 1,6 - 2,6%, Çində 4,4 - 4,8% aralığında, Avropada isə 1,0 - 1,5% civarında arta bilər. Lakin biz dəfələrlə bu proqnozların özünü doğrultmadığının şahidi olmuşuq.

16:53, 07 yanvar İqtisadiyyat

“İran parçalanır” - Hakimiyyəti götürmək üçün komanda qurdu

“İran İslam Respublikası dərin parçalanma yaşayır, cəmiyyət demokratik keçidi mümkün edən mərhələyə çatıb”. "Bakuinfo" xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Washington Post”da dərc olunan məqaləsində bildirib. İranda davaç edən etiraz aksiyaları haqda yazan keçmiş şahzadə qeyd edib ki, cəmiyyət 47 ildən sonra ilk dəfə açıq şəkildə azadlığı üçün son döyüşə başlayıb. Pəhləvi etirazların təkcə paytaxtla məhdudlaşmadığını vurğulayaraq yazıb ki,

15:52, 07 yanvar Dünya

Metroda nə qədər yol getsən, o qədər ödəyəcəksən - Açıqlama

Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər. "Bakuinfo" xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində tarif dəyişiklikləri haqqında danışarkən

15:14, 07 yanvar Sosial

Yanacaq daşıyan maşın yandı - Ölən var

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. "Bakuinfo" xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub. *** Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış-yanğın

14:24, 07 yanvar Hadisə

Siqaretlər bahalaşdı, dövlət hərəkətə keçdi – ARAŞDIRMA BAŞLADI

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətlərində müşahidə olunan dəyişikliklərlə bağlı istehlak bazarında monitorinqlər aparır. "Bakuinfo" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib. Məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)

13:48, 07 yanvar Sosial

İqtisadiyyat Nazirliyi yanında bu qurum ləvğ edildi - RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib. "Bakuinfo" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər. "Daşınmaz Əmlak Bülleteni və

13:19, 07 yanvar İqtisadiyyat

Məşhur həkim Sənan Mehdiyev azad edildi

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib. "Bakuinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Sənan Mehdiyevə Amnistiya aktı şamil oldunduğu bildirilib. Sənan Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, 2025-ci il yanvarın 12-də

12:49, 07 yanvar Kriminal

Şamaxıda yol qəzası - Xəsarət alanlar var

Şamaxıda iki avtomobil toqquşub. "Bakuinfo" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda qeydə alınıb. "Tofaş" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra yoldan çıxaraq maneələrə çırpılıblar. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Azər Əliyev,1981-ci il təvəllüdlü Mətanət Əzizova, 1975-ci il təvəllüdlü Elminaz Əzizova xəsarət alaraq Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. (APA)

12:19, 07 yanvar Hadisə

Powered by MirTech