Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi

Siyasət 10:22, 15 iyul 2025, 876
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi

Rusiyaya aid növbəti hərbi yük təyyarəsi Ermənistana enib, Moskvanın emissarı Karapetyan isə partiya yaradır - Paşinyana qarşı hərbi xunta planı?

Rusiya Güney Qafqazda özünün imperiya maraqlarını və əvvəlki mövqeyini təmin etmək üçün belə görünür, son resurs və təzyiq alətlərini işə salıb. Söhbət öncəliklə Ermənistandan gedir. Çünki regionda Moskvanın yeganə legitim hərbi bazası qonşu ölkədə, əsasən də Gümrüdə yerləşir.    

Bu arada Rusiyaya aid növbəti hərbi yük təyyarəsi Ermənistana enib (Bakupost.az). Bu, son 10 gündə Rusiyadan 12-ci reysdir. Onların 10-u Gümrüyə, 2-si isə İrəvana edilib. Maraqlıdır ki, Kreml mövzuya münasibət bildirməkdən çəkinib. “Biz belə xəbərləri şərh etmirik. Məsələ barədə Müdafiə Nazirliyinə müraciət etməyiniz məsləhətdir”, - rəsmi reaksiyada vurğulanır.

“Yeni Müsavat” xatırladır ki, bir qədər öncə Ukrayna kəşfiyyatı Rusiyanın Gümrüdəki hərbi qüvvələrinin sayını artırdığı haqda sensasion məlumat yaymışdı. Qeyd edilirdi ki, əsas hədəf Ermənistanda daxili vəziyyəti qarışdırmaq (çevriliş üçün zəmin hazırlamaq), bu fonda Azərbaycana qarşı hərbi təxribat hazırlamaqdır. Rəsmi İrəvan isə dərhal bəyan eləmişdi ki, Ermənistan öz ərazisindən üçüncü dövlətə qarşı hücuma heç bir halda izn verməyəcək.

Məlumdur ki, Rusiya Ermənistanda özünə bağlı oliqarx-milyarder, hakimiyyətə zorla dəyişməyə çağırış edən və kilsəyə açıq dəstək verən, Azərbaycanın axtarışa verdiyi Samvel Karapetyanın, ardınca çevriliş cəhdində suçlanan, Rusiyaya bağlı digər bir sıra ictimai-siyasi fiqurların və din xadimlərinin həbsindən məmnun deyil. Kreml özünün bir sıra yüksək rütbəli məmurlarının dilindən Rusiya orbitindən uzaqlaşmağa çalışan Nikol Paşinyan hökumətini üstüörtülü şəkildə hədələyib də.    

Baş verənlərin, o sırada Rusiyadan müəmmalı uçuşların həm də Əbu-Dabi görüşündən bir neçə gün sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Son gəlişmələr nədən xəbər verir? Kreml Paşinyan hakimiyyətinə qarşı çevriliş ssenarisini işə salıb? Hədəf həm də sülh sənədinin imzalanmasını əngəlləməkdirmi?

Bu da maraqlıdır ki, yaşananların fonunda ötən həftəsonu Gorusda hakim “Mülki müqavilə” Partiyasının siyasi toplantısı keçirilib. Partiyanın 200-ə yaxın üzvü toplantıda iştirak edib. Şəhərdə polis yüksək hazırlıq vəziyyətinə gətirilib. Bəs niyə iclas məhz İrəvanda yox, Gorusda reallaşıb? 

Bunu da qeyd edək ki, erməni cəmiyyəti Paşinyan iqtidarı tərəfindən Rusiyaya bağlı şəxslərin, o sırada keşişlərin həbsinə hələ ki neytral, sakit münasibət bəsləyir. Erməni mediasının yazdığına görə, əhalinin təxminən 60-70 faizi heç bir siyasi qüvvəyə inanmır. Bunu sorğular da sübut edir. Bu o deməkdirmi ki, Ermənistanda çevriliş cəhdləri iflasa məhkumdur?

Yeri gəlmişkən, Ermənistan məhkəməsi tərəfindən konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə həbs edilən rusiyalı iş adamı Samvel Karapetyan siyasi partiya yaratmaq niyyətini açıqlayıb. Karapetyanın mətbuat xidməti məlumat yayıb.

Ümumiyyətlə, Kremlin ssenarisi ilə Ermənistanda çevriliş cəhdləri göstərilərkən, Rusiya hərbi bazasından “sülhməramlı qüvvə” kimi istifadə etməyə cəhd göstərəcəyi istisna deyil. Bu baxımdan, Kremlin nə Ermənistandan, nə də, ümumiyyətlə, Cənubi Qafqaz regionundan asanlıqla əl çəkəcəyinə inanmaq sadəlövhlük olardı...

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda rəsmi İrəvanın üçüncü dövlətlərin Ermənistan ərazisindən digər ölkələrə qarşı hərbi əməliyyat üçün istifadə olunması ehtimalını rədd etdiyi bildirilib: “Bu bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana üstüörtülü mesajını oxumaq olar. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni müqaviləli hərbçilərin cəlb olunması barədə yayılan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Məsələ burasındadır ki, bu məlumatlar Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda yayımlanıb. Yəni belə bir təsəvvür yarana bilər ki, Kreml Gümrüdəki hərbi bazanı Azərbaycan əleyhinə gücləndirib. Əgər Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Azərbaycan üçün deyil, Ermənistan hökuməti və şəxsən baş nazir Nikol Paşinyan üçün təhlükəlidir. Çünki Moskvadakı dairələr Ermənistanın radikal müxalifəti, kilsə və Rusiyadakı erməni işadamlarının vasitəsilə Nikol Paşinyana təzyiqi artırıblar”.

Analitikə görə, Paşinyan ona qarşı çevriliş hazırlandığı iddiasındadır: “Belə vəziyyətdə Rusiya Gümrüdəki hərbi bazasını gücləndirirsə, bu, Nikol Paşinyana qarşı yönəlib. Ancaq Paşinyan diqqəti özündən yayındırmaq üçün Xarici İşlər Nazirliyi vasitəsilə belə bir mətn yayımlayıb ki, guya Gümrüdəki Rusiya bazasının gücləndirilməsi Azərbaycan əleyhinədir və belə olan halda o, həmin bazadan Azərbaycana qarşı istifadə edilməsinə imkan verməyəcək. Birincisi, Kreml Gümrüdə nəsə planlaşdırırsa, onu Nikol Paşinyanla bölüşməyəcək, ikincisi, Azərbaycan hədəfdirsə, bu, birbaşa Rusiyanın əleyhinə işləyəcək, Kreml həm Cənubi Qafqazı, həm də Türkiyəni itirəcək”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın qənaətinə görə, Paşinyan əks-inqilab etməkdədir: “Ermənistan hakimiyyətinə qarşı iki variant qalıb: hərbi çevriliş və sui-qəsd. Rusiya iki addımdan birini edə bilər. Ancaq hələlik mümkün deyil. İlk növbədə ABŞ səfirliyinin iki minlik korpusu onu qoruyur, yəni kəşfiyyat Ermənistana yerləşib. İkincisi, Avropa Birliyi də müşahidə missiyası adı ilə bu ölkədə kəşfiyyat fəaliyyəti göstərir. Düzdür, hakimiyyət nümayəndələri 1999-cu il hadisələrinin təkrarlanmasını istisna etmirlər. Fəqət Paşinyan vaxtında tərpənib addımlar atır. Ona görə Rusiya Gümrüyə əlavə qüvvələr göndərməklə fors-major vəziyyətə, "X" gününə hazırlaşır. Belə desək, ilk fürsətdə rus ordusu kamfulyaj olaraq hərbi çevrilişdə erməni ordusunun sıralarında iştirak edə bilər. Hazırda bu versiyalar konspiroloji proqnozlar kimi görünə bilər, intəhası, Rusiyanın hakimiyyət dəyişikliyi üçün təzyiq rıçaqları azalır".

Ekspert iqtisadi basqıların da daxildə böyük çalxalanma və sosial partlayış yaradacağını gözləmir: “Çünki Paşinyan hökuməti müəyyən sosial proqramlar qəbul edir. Ən mühüm detal isə Qərbdən yardımın olmasıdır. Bu, çox olmaya bilər, ancaq Avropa Birliyi ilə ticarət dövriyyəsi artmaqdadır. Üstəlik, Rusiyanın sanksiyalardan yayınmasına da Ermənistan kömək edir. Bu baxımdan, Moskva-İrəvan əlaqələri ziddiyyətlidir. Bunu Rusiya rəsmiləri də qeyd edirlər. Zənnimcə, Kreml tələsmir, amma əlverişli şəraitə indidən hazırlıq görür ki, bunu da Gümrüyə yeni qüvvələr göndərməklə müşayiət edir”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında normallaşma və yekun sülh müqaviləsinin qarşısını almaq üçün bütün ssenariləri nəzərdən keçirir. Onun fikrincə, Ermənistan hakimiyyətinin təhlükəsizliyinin təmini bu gün ən aktual məsələdir. Onun sözlərinə görə, ABŞ Ukraynaya 500 milyon silah yardımını təsdiq edib və Tramp yaxın günlərdə Rusiyanı ciddi mənfi nəticələr gözləyəcəyini mesajını verdi: “Yəni Rusiyanı Ukrayna cəbhəsində ağır itkilər gözləyir. Ukraynada çətin duruma düşən Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağı çətinləşəcək”.

  • Twitter
  • Facebook

Diqqət Çəkənlər

Prezident təsdiqlədi: Bu ölkə ilə viza ləğv edildi

Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

16:58, 14 yanvar Ölkə

Bunu etmək rəsmən qadağan edildi - Prezident TƏSDİQLƏDİ

Sayt və sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik hərəkətləri qadağan edilib. "Bakuinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan

15:05, 15 yanvar Sosial

Meyiti tapılan tələbə məşhur iş adamının qızı imiş

Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universitetinin Türkiyədən olan iki tələbəsi dünyasını dəyişib. "Bakuinfo" xəbər verir ki, onlardan biri - tibb ixtisası üzrə təhsil alan II kurs tələbəsi Büşra Aksu əslən Türkiyənin Ordu ilindəndir. Tələbə Orduda tanınmış iş adamı Sezai Aksunun qızıdır. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər. (Unikal.az)

12:30, 15 yanvar Sosial

Son Xəbərlər

Xameneinin oğlu Dubaya 1,5 milyard köçürdü

Son 48 saat ərzində İrandan Dubaya təxminən 1,5 milyon ABŞ dolları köçürülüb. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “14-cü kanal”ı İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli şəxsə istinadən yayıb. Köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir. Vəsaitlərin köçürülməsində iştirak edənlər arasında İranın ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin də olduğu iddia edilir. Məlumata görə, M.Xamenei təxminən 328 milyon

16:20, 15 yanvar Dünya

İş adamı Yusif Xəlilovun restoranı söküləcək

Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. “Bakuinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bildirilir ki, sözügedən restoran Voronej şəhərində

16:18, 15 yanvar Sosial

Hacıbala Abutalıbov paytaxtı tərk etdi – Harada yaşadığı MƏLUM OLDU

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb. "Bakuinfo" xəbər verir ki, bu barədə onun ailə üzvləri bildirib. Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır. Yaxınları deyi ki, Hacıbaba Abutalıbov təsadüfi hallarda kənd arasında olur. “Yaşlanıb, özü üçün həyət-bacada gəzir” – deyə yaxınları bildirib.

16:06, 15 yanvar Sosial

Prezident TƏSDİQLƏDİ: Bu proses artıq ödənişlidir

Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. “Bakuinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə

16:02, 15 yanvar Sosial

İqbal Hüseynov işdən çıxarıldı - SƏRƏNCAM

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. "Bakuinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb. (APA)

15:43, 15 yanvar Ölkə

Tanınmış azərbaycanlı alim ABŞ-da həbs olundu

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq və Buffalo Universitetinin (Nyu York) professoru Şövqi Hüseynovu həbs edib və onu deportasiya etməyə hazırlaşır. "Bakuinfo" xəbər verir ki, bu həbs Prezident Donald Trampın kütləvi deportasiya proqramının icrası ilə əlaqələndirilir. “The Investigative Post” nəşri Ş.Hüseynov üzərində heç bir cinayət əməlinin olmadığını yazıb. "Onun 2029-cu ilə qədər ABŞ-da işləməyə icazə verən vizası var. 7

15:38, 15 yanvar Sosial

Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. "Bakuinfo" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat paylaşıb: “Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"'. Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi

15:31, 15 yanvar Kriminal

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq. "Bakuinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və

15:22, 15 yanvar Ölkə

Hava kəskin dəyişir: Altı gün qar yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. "Bakuinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, bu müddət ərzində

15:18, 15 yanvar Sosial

Bakıda binada yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən "Bakuinfo"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

15:11, 15 yanvar Hadisə

Powered by MirTech